Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Vikipediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş bölmə zənginləşdirilmiş, “Heydər Əliyev və Özbəkistan”
adlı bölmə yaradılmışdır.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə dair yaradılmış bölmə yeni materiallarla zənginləşdirilmiş, alt bölmə kimi “Heydər Əliyev və Özbəkistan” adlı məqalə yerləşdirilmişdir.

Sözügedən məqalədə ilk dəfə olaraq maraqlı faktlar öz əksini tapıb. Məlumatda qeyd olunur ki, ulu öndər Heydər Əliyev daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, hələ Sovetlər dövründə onun Türkdilli qardaş ölkələrə xüsusi rəğbəti olmuşdur. Onun Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri, ötən əsrin 80- ci illərin ortalarından İttifaq ölkələrində başladılan milli ayrı-seçkilik, baş verən hadisələrə etiraz edən Heydər Əliyev və Siyasi Büro üzvülüyünə namizəd Özbək rəhbər Şərəf Rəşidovun mübarizələri, müstəqillikdən sonra ulu öndər Heydər Əliyev Özbəkistana yenə də mühüm önəm verməsi materialda öz əksini tapıb.

Bölmədə qeyd olunur ki, məhz Heydər Əliyevin verdiyi bu önəmin nəticəsi olaraq 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Ulu öndər Heydər Əliyevin Özbəkistana səfərləri, ölkələr arasında çoxsaylı sənədlərin imzalanması, habelə 1996-cı il tarixində Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olarkən bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsi, onların müstəqilliyinin möhkəmləndirilməsinə dair səsləndirdiyi fikirlər yer alıb.

Bölmədə onun Özbəkistan haqqında fikirləri verilmişdir. "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin".

Daha sonra 19 iyun 1997-ci il tarixdə Azərbaycan Prezidenti Heydər Əliyevin Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunması mərasimi haqqında məlumat yerləşdirilib.

Qeyd olunur ki, Ulu öndər Heydər Əliyev daim türk dünyası ölkələri arasında inteqrasiyaya çalışmış və o, türk dünyası ölkələrinin rəhbərləri, elm adamları və yazarları ilə görüşlərdə daim bu məsələlərə toxunub və onun müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizin formalaşdırması Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılması, ölkələrimizin strateji partnyor olması, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dostluğumuzdakı müstəsna rolu haqqında məlumatlar yer alır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzdəki Heydər Əliyev muzeyində və Azərbaycan-Özbəkistan muzeyində “Heydər Əliyev və Özbəkistan” adlı bölmə yaradılmış, bölmə məlumat, fotoşəkillərlə zənginləşdirilmişdir.

Ulu öndər Heydər Əliyev haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında yaradılmış bölmə ilə buradan tanış olmaq mümkündür.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, tanınmış şəxsiyyətlərimiz, Azərbaycanın turizm potensialı, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.

10.05.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası