Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci il üçün Azərbaycan ədəbiyyatına dair prioritet tərcümə və nəşr layihələrini elan edib.
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci il üçün Azərbaycan ədəbiyyatına dair prioritet tərcümə və nəşr layihələrini elan edib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci il üçün Azərbaycan ədəbiyyatına dair prioritet tərcümə layihələrini elan edib.

Mərkəzdən verilən məlumata görə bu il Azərbaycan ədəbiyyatının klassikləri, dahi söz ustadları Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və satirik şair Mirzə Ələkbər Sabirin əsərlərinin Özbək dilinə tərcümə layihələrinin həyata keçiriləcəyini və onların Daşkənddə nəşr ediləcəyi bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərini Özbək dilinə tanınmış Füzulişünas Özbək alim, tərcüməçi Erqaş Açilov, şair Seyid Əzim Şirvanini Özbək alim, tanınmış tərcüməçi Tahir Qahhar, şair Mirzə Ələkbər Sabiri isə Özbəkistanın tərcüman-şairi Karim Bahriyev Özbək dilinə tərcümə etmələri ilə bağlı razılıq əldə edib.

Mərkəzdən bildirilib ki, bu il Azərbaycan ədəbiyyatının tanınmış şairi Seyid Əzim Şirvaninin 185 illiyi ilə əlaqədar hər iki ölkənin alimlərinin, ədəbiyyat nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2013-cü ildən apardığı iş nəticəsində tarixdə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin bütöv əsərləri “Xəmsə”, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Molla Pənah Vaqifin qəzəlləri, habelə XX əsr Azərbaycan ədəbiyyatı nümayəndələrinin çoxsaylı əsərləri Özbək dilinə tərcümə olunmuş, Özbəkistanda nəşr edilmiş və sözügedən nəşrlərin hər iki ölkədə geniş təqdimatları keçirilmişdir.

Ötən illər ərzində Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycanı tanıyaq” və “Azərbaycan tarixi, ədəbiyyatı hər bir ölkədə” layihələri çərçivəsində həm Azərbaycana dair Özbək dilində buraxdığı nəşrləri, həm də Azərbaycan, ingilis və rus dillərində Azərbaycandan göndərilmiş nəşrlər əsasında Özbəkistanın aparıcı kitabxanaları, elm, tədqiqat, habelə li təhsil ocaqlarının kitabxanalarına minlərlə nəşr hədiyyə edib. Hazırda bu iş uğurla davam etdirilir.

22.01.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası