Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Mədəniyyət Mərkəzi erməni məsələsinə dair Özbək və rus dillərində daha bir layihə həyata keçirdi.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə araşdırmaçı alim Emin Arifin “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitab tərcüməçi Şahistə Kamranlı tərəfindən Özbək dilinə çevrilmiş, hazırda isə sözügedən araşdırmanın rus dilinə tərcüməsi həyata keçirilir.

Əsərdə XX əsrin əvvəllərində “erməni məsələsi”nin düyanın aparıcı güc mərkəzi olan Böyük Britanianın geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın müxtəlif qurumları tərəfindən qəbul edilən qərarlarla külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatların ermənilər üçün təmin edilməsindən bəhs edilmiş, bu yardımların pərdə arxası səbəblərinə açıqlıq gətirilməyə çalışıllır. Müəllifin Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsərdə qeyd edir ki, ermənilərlə əməkdaşlığın Azərbaycanın bir çox bölgələrində fəlakət mənbəyi olaraq ortaya çıxması və minlərlə müsəlman türk əhalisinin qətlə yetirilməsinə səbəb olmuş və bu gün də Azərbaycan xalqı bu fəlakətin acısını yaşayır.

Nəşrdə böyük güclərin geosiyasi maraqlarının toqquşması kon¬teks¬tində “erməni məsələsi”nin yeri, bu dövlətlərin siyasətlərinə uyğun olaraq silahlandırılan və güc qazanan ermənilər tərəfindən gerçəkləş¬dirilən kütləvi qırğınların mahiyyətinin araşdırılması, rəqabət və təhriklər nəticəsində ortaya çıxan problemin Azərbaycan üzərindəki ağır nəticələri xarici mənbələr və arxiv materialları əsasında analiz edilir.

Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər sırf İngilis arxiv materiallarına və mənbələrinə əsaslanır. Azərbaycan Res¬publikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycan dilində nəşr edilən kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Nəşrin Özbək və rus dillərinə tərcümə olunmuş hissəsinin gələcəkdə Özbəkistanda çapı planlaşdırılır.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı layihələri ilə bu ölkədə Ermənistanın Azərbaycana təcavüzü, işğal və soyqırım siyasətinə dair Özbək və rus dillərində 9 adda kitab çap olunmuş, minlərlə məqalə yayımlanmış, Özbəkistanın 3 alimi Azərbaycanın müxtəlif beyin mərkəzlərində qeyd olunan mövzuda elmi araşdırmalarda iştirak etmişlər.

04.06.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası