Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlıq məsələlərinə dair Beynəlxalq onlayn konfrans keçirildi.


15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Özbəkistanın “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni və ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı Beynəlxalq onlayn konfrans keçirilib.

Konfransda Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva, hər iki ölkənin mədəniyyət və ədəbiyyat sahəsi üzrə dövlət qurumlarının rəhbər şəxsləri, alimlər, ziyalıları iştirak etmişlər.

Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında tarixi dostluq, inkişaf edən münasibətlərdən danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş ölkəyə xüsusi diqqət yetirdiyini, münasibətlərin bütün sahələrdə inkişaf etdiyini bildirib.

O, Özbəkistanın Türk Şurasına üzv daxil olması, son illər ərzində əməkdaşlığın daha da genişləndiyini qeyd edib. Deputat Türk Şurası çərçivəsində son zamanlar koronavirus “COVID-19” pandemiyası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə video konfransın keçirilməsini və üzv ölkələrin bir-biri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Q.Paşayeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında məlumat verib, erməni təcavüzü nəticəsində ölkəmizə, habelə onun mədəni irsinə böyük ziyan vurulduğunu bildirib. O, çıxışında ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğunu qeyd edib. Qənirə Paşayeva dostluğumuzun əbədi olduğunu söyləyərək, mədəni-ədəbi əlaqələrin möhkəmləndirilməsi və inkişafı istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin aktiv fəaliyyəti haqqında danışıb. O, yekunda hər iki ölkənin ziyalılarının, mədəniyyət, ədəbiyyat sahəsinin rəhbər işçiləri, nümayəndələrini aktiv olmağa çağırdı, gələcəkdə onlardan yeni yeni təklif və təşəbbüslər gözlədiyini və bu işdə onlara dəstək olmağa hazır olduğunu qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov konfransda çıxış edərək, tədbirin əhəmiyyəti haqqında qeyd edib və Azərbaycan dövlətinin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini söyləyib. S.Abbasov xarici ölkələrdə açılmış ilk Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda fəaliyyətə başlamasının bunun bariz nümunəsi olduğunu qeyd edib. O, Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında Bakı şəhərində keçirilən görüşləri gələcəkdə iki ölkə arasında əməkdaşlıq yolunda yeni imkanlar açdığını qeyd edib. S.Abbasov ötən illərdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın müxtəlif böyük, tarixi şəhərlərində "Azərbaycan Mədəniyyəti, ədəbiyyatı, musiqisi günləri"nin, habelə çoxsaylı konfransların, dostluq konsertlərinin, təqdimatların, sərgilərin keçirildiyini, qarşılıqlı memorandunların, qardaşlaşmış şəhərlər haqqında müqavilələrin imzalandığını söyləyib. Diplomat Özbəkistan mətbuatında hər il Azərbaycana dair 300-dən artıq məqalənin, televiziya verilişinin yayımlandığını, Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə çevrilərək nəşr olunduğunu qeyd edib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda 70 adda kitabın, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlərin reallaşdırıldığını, hər il Özbək mətbuatının aparıcı nümayəndələrinin Azərbaycana Mediaturunun təşkil edildiyini bildirib. Samir Abbasov gələcək layihələr haqqında danışaraq, mədəniyyəti, ədəbiyyat, turizm, habelə elm, təhsil sahəsində rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən çoxsaylı layihələrin həyata keçiriləcəyini bildirib.

Çıxış edən digər natiqlər Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Gayrat Majid iki ölkə arsında mədəni - ədəbi əlaqələr sahəsində xeyli iş görüldüyünü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə çoxsaylı birgə layihələrin həyata keçirildiyini qeyd etdilər. Onlar Özbəkistan dövlətinin Azərbaycana xüsusi önəm verdiyini, Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri, Özbəkistanın Türk Şurasına üzv olması, bütün sahələrdə Azərbaycanla realaşdırılan layihələrin bunu deməyə əsas verdiyini qeyd ediblər.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya fənnləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakultəsinin dekanı, filologiya fənləri üzrə fəlsəfə doktoru, "Termez Universiteti” qəzetinin baş redaktoru Obidjon Shofiyev Özbəkistanda Azərbaycana dair zəngin əlyazmaların saxlanıldığını, onların kataloqunun yaradılması, gələcəkdə tədiqiq edilməsinin vacibliyini qeyd ediblər. Alim Kərimulla Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət edərək, ədəbiyyat və mədəniyyətin müxtəlif sahələri, aktual problemləri üzrə hər ay bu cür konfransların keçirilməsini təklif edib.

Özbəkistanın “Kitab dunyosi” qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xosiyat Rustamova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova, Özbək tarixçi-araşdırmaçı, jurnalist Shuxrat Salamov, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, Universitetdəki M.Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahar Aşurova tərcümə layihələri, gələcəkdə Özbəkistan ali məktəblərində Azərbaycan dili kafedrasının yaradılması məsələləri haqqında fikirlərini bölüşüblər. Xosiyat Rustamova tərcümə işi sahəsinin təkmilləşdirilməsi, gələcəkdə bu istiqamətdə Özbəkistanın ali məktəblərində müvafiq kafedranın yaradılması təklifi ilə çıxış edib.

Konfrans iştirakçıları iki ölkə arasında mədəniyyət, humanitar sahədə həyata keçirilən və davam edən tədbirlər, əldə olunan uğurlar barədə danışaraq, mövcud vəziyyət, qarşıda duran əsas vəzifələr, problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparmışlar. Onlar bu cür tədbirlərin əhəmiyyətini qeyd edərək, gələcək planları müzakirə etmişlər.

15.06.2020

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası