Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

2020-сi il üzrə Özbəkistan mətbuatında Azərbaycana dair müsabiqənin nominasiyaları elan olunub.
html5 slider by WOWSlider.com v8.8

2020-сi il üzrə Özbəkistan mətbuatında
Azərbaycana dair müsabiqənin nominasiyaları elan olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2020-ci il üzrə Özbəkistan KİV-ləri arasında Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə builki nominasiyaları aşağıdakı mövzular daxil edilib.

Bu il müsabiqədə əsasən Azərbaycan-Özbəkistan əməkdaşlığı, hər iki ölkənin həyata keçirdiyi nəhəng layihələr, islahatlar və əldə etdiyi nailiyyətlərə dair mövzuya xüsusi yer verilib. Bununla əlaqədar “Azərbaycan-Özbəkistan əməkdaşlığı: uğur və mailiyyətlərimiz” adlı nominasiya müəyyən edilib.

Bildiyimiz kimi ötən illər ərzində Azərbaycanın bir sıra şəhərləri Türk və İslam mədəniyyətinin paytaxt şəhərləri seçilmiş, 2020-ci ildə isə Xivə Türk mədəniyyətinin, Buxara isə İslam mədəniyyətinin paytaxt şəhərləri seçilib.

Məhz, bu tarixi hadisəni nəzərə alaraq builki nominasiyaya “Azərbaycan və Özbəkistanın türk və islam mədəniyyətlərinin paytaxt şəhərləri” adlı xüsusi nominasiya daxil edilib. Qardaş ölkənin jurnalistləri mədəniyyətimizin paytaxt şəhərləri, onlar arasında Böyük İpək yolu üzrə tarixi əlaqələr, bu şəhərlərin ölkəmizin və dünyanın mədəni mərkəzləri kimi rolu və inkişafı barədə məqalələrinə üstünlük veriləcəkdir.

Bu ilki müsabiqədə Azərbaycan tarixi və mədəniyyətində xüsusi yer tutan, Azərbaycan milli musiqisinin beşiyi olan Qarabağa, orda Azərbaycan xalqının yaratdığı mədəniyyət, musiqi, muğam sənətinə dair məqalələrə xüsusi yer ayrılıb. Bu səbəbdən elan olunan müsabiqənin növbəti nominasiyası “Qarabağ – Azərbaycan musiqisinin beşiyi” adlanıb və bu mövzuda məqalələrə üstünlük verilməsi nəzərdə tutulub.

2020-ci ildə qardaş ölkənin telekanallarında ölkəmizə, habelə Azərbaycan-Özbəkistan dostluğuna dair nümayiş etdiriləcək verilişlərə daha çox diqqət yetirilməsi nəzərdə tutulub, ötən ildə olduğu kimi bu il də elan olunan müsabiqədə “İlin ən yaxşı televiziya verilişi” adlı nominasiya saxlanılıb.

Bundan başqa, qeyd olunan mövzuda “ilin ən yaxşı sənədli filmi, videoçarxı və səhnə əsəri” adlı nominasiyası müəyyənləşdirilib.

İki xalq arasında dostluq əlaqələrinin inkişafı, habelə bu işin uğurlu aparılmasında kitab, jurnal və digər çap əsərlərinin mühüm əhəmiyyəti vardır. Hər iki ölkənin dahi şairlərinin, yazıçılarının əsərlərinin qarşılıqlı tərcüməsinin həyata keçirilməsi xalqlarımız üçün olduqca zəruri məsələlərdəndir. Azərbaycan Mədəniyyət Nərkəzi bu işi stimullaşdırmaq məqsədi ilə ən yaxşı nəşr və tərcümə layihələri mövzusunda nominasiya elan edib.

İl ərzində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrini, qarşılıqlı əməkdaşlığı təbliğ edən ən fəal azərbaycanlı və özbək xadimlər, alimlər, ictimaiyyət nümayəndələri, diaspor nümayəndələri də müsabiqənin xüsusi mükafatlarına layiq görüləcəklər.

2020-ci ildə “Azərbaycan-Özbəkistan dostluğu, habelə ölkəmizin tarixi, mədəniyyəti, adət və ənənələri, iqtisadiyyatı, turizmi haqqında ən çox materiallar dərc edən və yayımlayan mətbu orqanlara da (qəzet, jurnal, sayt, televiziya kanalı) ənənəvi olaraq xüsusi mükafatlar təqdim ediləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun məlumata məlumat verərək ötən il qalib gələn jurnalistlərin ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan “Mediatur”da iştirak etmək imkanı əldə etdiklərini qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu Mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxı Bakı və respublikamızın tarixi məkanları, mədəniyyət, turizm mərkəzlərində olaraq, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar. Samir Abbasov ötən illər ərzində “Mediatur”un hər il təşkil edildiyini və aparılan sistemli iş nəticəsində Özbəkistanda dostluğumuz, habelə Azərbaycan mədəniyyəti, tarixi, ölkəmizin əldə etdiyi nailiyyətlər geniş işıqlandırıldığını qeyd edib.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü 10 may tarixindən başladılan müsabiqəyə maraq böyükdür, hər il Özbəkistanın çoxsaylı jurnalistləri, mətbuat nümayəndələri, fəal xadimlər, alimlər, tərcüməçilər bu layihədə iştirak edərək Özbəkistan-Azərbaycan dostluğu, Azərbaycana dair Özbək mətbuatında çoxsaylı materiallar yayımlayırlar.
Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz

23.01.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası