Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın nailiyyətlərinin zirvəsidir” adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcək.


Cari ilin 25 iyun tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın nailiyyətlərinin zirvəsi” adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcəkdir. Forum 26 iyun Azərbaycan Silahlı qüvvələr gününə həsr olunacaq və Forumun əsas məqsədi – gələcəyimiz olan uşaqlarımıza milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri və onlara vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlərini təbliğ etməkdir.

Uşaq Forumunda hər iki ölkənin gələcəyi olan uşaqlar çoxsaylı məruzələri təqdim olunacaqdır. Belə ki, uşaqlar həm hər iki ölkənin tarixi, mədəniyyəti, dövlət rəmzləri, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri, müstəqilliyi, qazandığı nailiyyətlər, Azərbaycan-Özbəkistan arasında tarixi dostluq və əməkdaşlıq və s. mövzular üzrə məruzələr edəcəklər.

Uşaq Forumununu təblik çıxışı ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbbasov açacaq və tədbirin moderatorluğunu Azərbaycan Mədəniyyət Mərkəzinin mütəxəssisləri həyata keçirəcəklər.

Qeyd edək ki, Beynəlxalq Onlayn-Forumda fərqlənən və əhatəli məruzələr üçün Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi Fəxri diplomu və hədiyyələri təqdim olunacaqdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mətbuata bildirilib ki, Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə ilk dəfə olaraq bu cür Beynəlxalq Onlayn-Forum keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzi gələcəkdə iki ölkənin istedadlı uşaqlarının, gənclərinin birgə konsertinin, habelə müxtəlif mövzular üzrə birgə onlayn tədbirlərin tez-tez keçirilməsini planlaşdırır.

23.06.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası