Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Silahlı Qüvvələr gününə həsr olunan Azərbaycan–Özbəkistan Beynəlxalq Onlayn Uşaq Forumu keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 25 iyun tarixində ilk dəfə olaraq “Müstəqilliyimiz xalqlarımızın nailiyyətlərinin zirvəsidir” adlı azərbaycan və özbək uşaqlarının iştirakı ilə Beynəlxalq Onlayn-Forum keçirilib. Tədbir 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr gününə həsr olunub.

Qeyd edək ki, Forumun əsas məqsədi – gələcəyimiz olan uşaqlarımıza milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri və onlara vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlərini təbliğ etməkdir.

Onlayn-Forumu giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Forum iştirakçılarını 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə təbrik etmiş, gələcəyimiz olan uşaqların milli vətənpərvərlik və qəhrəmanlıq hissləri ilə yetişdirilməsi, müstəqil dövlətlərimizin nailiyyətləri və onlara vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlərini təbliğ etməyin əhəmiyyətindən danışmışdır.

Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqilliyimizi xilas edərək, onu bizlərə əmanət etdiyini və ulu Öndərin uşaqlar haqqında söylədiyi fikrini səsləndirib: Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. O, uşaqlara qayğı və onlar üçün bütün şəraitlərin yaradılması həm müstəqil Azərbaycanda, həm də Özbəkistanda əsas məsələlərdən olduğunu qeyd edərək, Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun bu istiqamətdə layihələrindən danışıb.

Online-Forumda Azərbaycan – Özbəkistan tarixi dostluğu, ana dilinin dəyəri, Azərbaycanın tarixi, İrəvan, Naxçıvan, Şuşa kimi qədim şəhərlərimizi, iki ölkənin dahi şəxsiyyətləri, xalqlarımızın dünya mədəniyyətinə, elminə, ədəbiyyatına bəxş etdiyi tanınmış şəxsiyyətlər Nizami Gəncəvi, Əlişir Nəvai, Şah İsmayıl Xətai, Üzeyir Hacıbəyov, Abdulla Aripov, Maqsud Şeyxzadə, Seyid Rza Əlizadə və b. mövzular haqqında məruzələr dinlənilmişdir.

Özbək tələbə-gənc Razzaq Xudoykulov hər iki ölkənin uşaqlarına Azərbaycan – Özbəkistan tarixi dostluğu bizə babalarımızın əmanəti və onu qorumaq hər birimizin borcudur adlı videomüraciəti səsləndi.

Forumda Azərbaycandan olan şagirdlər Sübhan Məmmədli “Heydər Əliyev müstəqilliyimizin xilaskarı, müstəqil Azərbaycanın memarıdır”, Gülay Əhmədli “İrəvan qədim Azərbaycan şəhəri və ata-babalarımızın yurd yeri”, Cəlil Xəlili “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir”, Camal Məmmədzadə “Aprel zəfəri ─ Vətən torpaqlarının azadlığına gedən yol”, Fərhad Quliyev “Ana dilim ─ milli varlığım, qürur mənbəyim, öz hakimliyim”, Ziya Raminoğlu “Şah babamız Xətai. Nə üçün onunla qürur duymalıyıq?” və s. mövzular üzrə məruzələr edib.

Özbək uşaqları da Forumda bir sıra məruzələrlə - Nozim Afiyev “Vətən Anadır və hamımız üçün müqqədəs yurd yeridir”, Arina Zaverşinskaya: Özbək mətbəxi – Dünya kulinariyasının ləzzət simvolu”, Saidjon Raşidov “Abdulla Aripov – müstəqil Özbəkistanın himninin müəllifi”, Yasmin Aydınova “Türk dünyasının iki dahi şairi – Nizami Gəncəvi və Əlişir Nəvai”, Parvina Fazilova “Maqsud Şeyxzadə – İki xalqın böyük oğlu”, Safina Baqayeva “Seyid Rza Əlizadə – Özbəkistanda tanınmış azərbaycanlı, dünya şöhrətli dramaturq”, və s. mövzular üzrə çıxış ediblər.

Beynəlxalq Onlayn Uşaq Forumunun moderatorları Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının rəhbəri Sələmə Fətəliyeva, Mədəniyyət Mərkəzinin Kitabxana-informasiya Mərkəzinin rəhbəri Kifayət Pirməmmədova və kurs müəllimi Lalə Orudjova olmuşlar.

Qeyd edək ki, Uşaq Forumunda mövzu üzrə əhatəli, məlumat və faktlarla zəngin olan məruzələr seçilərək, onları hazırlayan uşaqlara Azərbaycan Mədəniyyət Mərkəzinin mükafatları və diplomları təqdim ediləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə gələcəkdə iki ölkə uşaq və gəncləri arasında müxtəlif mövzular üzrə - hər iki ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı, mütaliə etdiyim nəşrlərin təhlili, habelə istedadlı uşaqların konsert və təqdimatlarına dair onlayn forumların keçirilməsi nəzərdə tutulub.

26.06.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası