Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında Özbək dilində səhnəyə qoyulacaqdır.


2019-cu ilin dekabr ayında isə Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın Buxara vilayət hakimiyyətinin rəhbərliyinin Azərbaycanın cənub regionlarına - Lənkəran şəhərinə səfəri təşkil olunmuşdur. Səfər öncəsi Buxara vilayət hakimiyyəti rəhbərinin müavini Vahid Niyazov, vilayət mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotov, Buxara Dövlət Filarmoniyasının rəhbəri Rauf Avezovla Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görüş keçirilmişdir.

Qeyd edək ki, keçirilən görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Buxara vilayətində 2020-ci il ərzində Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi, vilayət kitabxanalarına Azərbaycana dair nəşrlərin əvəzsiz olaraq verilməsi, Buxara ilə Azərbaycanın Lənkəran şəhərinin qardaşlaşması, habelə ötən əsrin əvvəllərində olduğu kimi Azərbaycan əsərlərinin Özbəkistan səhnələrində tamaşaya qoyulması və s. təkliflər irəli sürüb. Özbək tərəfi sözügedən təklifləri qəbul etmiş, birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Mədəniyyət Nazirliyinin 2020-ci il II yarısı üçün teatr tamaşalarına dair təsdiq etdiyi plana əsasən Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında Azərbaycan dramaturqu Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin səhnələşdirilməsinə qərar verilmiş və sözügedən tamaşa dövlət sifarişi ilə maliyyələşdiriləcəkdir. Bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2019-cu ildə Özbək dilinə tərcümə olunmuş və Daşkənddə nəşr olunmuş Hüseyn Cavidin “Seçilmiş əsərləri” adlı nəşr sözügedən Teatra təqdim edilmişdir. Hazırda bu istiqamətdə işlər aparılır.

Tamaşanın primyerasında Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçilərinin, habelə Özbəkistanda yerli azərbaycanlıların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 100 ildən çoxdur ki, Azərbaycan əsərləri, xüsusilə “Arşın mal alan” Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla keçir. Azərbaycanlı maarifçilər - Seyid Rza Əlizadə, Sidqi Ruhulla, rejissor Mirzə Həbib Axundzadə və digər mədəniyyət, teatr xadimləri Orta Asiyada azərbaycanlılardan ibarət teatr truppası yaratmış, habelə Azərbaycandan gələn aktyorlar milli əsərlərimizə səhnə həyatı vermiş, onlar Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim edilib.

20.08.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası