Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının Beynəlxalq onlayn - müsabiqəsi keçiriləcək.


Cari il 10 -18 sentyabr tarixlərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hər iki ölkənin xalq simli musiqi alətləri üzrə ifaçıların Beynəlxalq onlayn müsabiqəsi keçiriləcəkdir.

Müsabiqə hər iki ölkənin milli konservatoriyaları, habelə Özbəkistanın “SOQDİANA” Xalq çalğı alətləri ansamblının iştirakı və dəstəyi ilə reallaşdırılır.

Müsabiqənin təşkilində əsas məqsəd milli musiqi alətlərinin təbliği, gənc musiqiçilərin yaradıcılığına dəstək və stimul, onların inkişafı, peşəkar ustalığının, ifaçılıq mədəniyyətinin təkmilləşdirilməsi, yeni istedadlı ifaçıların üzə çıxarılması, ümumilikdə isə xalq musiqisinin təbliği və daha da populyarlaşmasına dəstək görsətməkdir.

Müsabiqə hər iki ölkənin xalq simli musiqi alətləri üzrə aşağıdakı nominasiyalarla Onlayn formatda keçiriləcəkdir: tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti üzrə. Hər iştirakçı ifa etdiyi simli alətdə milli musiqi səsləndirəcəkdir. Ümumilikdə İştirakçı təmsil etdiyi ölkə ilə yanaşı qarşı tərəfə aid əsər də ifa edə bilər.

Hər nominasiya üzrə qaliblərə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları və pul mükafatları təqdim olunacaqdır.

Müsabiqə iştirakçılarının çıxışı Azərbaycan və Özbəkistandan qeyd olunan sahə üzrə tanınmış mütəxəsislərdən təşkil olunmuş 5 nəfərlik görkəmli münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqədə konsert təşkilatları, teatr, radio və televiziya qurumlarında çalışan ifaçılar, musiqi sahəsi üzrə ali məktəblərin və orta ixtisas məktəblərinin tələbələri iştirak edə bilərlər. İştirakçıların yaşı 16 yaşdan 35 yaşa qədər müəyyən edilmişdir.

18 sentyabr 2020-ci il tarixində Beynəlxalq musiqi günündə onlayn - müsabiqəyə yekun vurulacaq və qaliblərinin iştirakı ilə onlayn Qala-konsert keçiriləcəkdir.

Qeyd edək ki, müsabiqədə çıxışların video yazısı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin internetin youtube.com portalında fəaliyyət göstərən onlayn kanalında yerləşdiriləcək və sosial şəbəkələrdə geniş təbliğ olunacaqdır.

25.08.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası