Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Özbəkistan mətbuatında Azərbaycan muğamı haqqında məqalə verilib.


Özbəkistanın ishonch.uz xəbər saytında Azərbaycan muğamı və Xan Şuşinski haqqında Vaqif Yusiflinin rus dilində məqaləsi yayımlanıb.

“Мугам в истории: до и после Хана Шушинского” adlı məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin start verdiyi “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində yayımlanıb.

Məqalədə Azərbaycan muğamı haqqında məlumat verilir, bildirilir ki, Azərbaycan muğamı həm Xan Şuşinskiyə qədər, həm də dahi xanəndədən sonra bir neçə mərhələdə inkişaf edib.

Məqalədə XIX-XX-ci əsrlərin Azərbaycan muğam sənətinin inkişafının zirvəsi kimi təqdim olunur, qeyd olunur ki, Azərbaycan bu dövrlərdə Şimali və Cənubi Qafqazın coğrafi ərazisindəki ən böyük musiqi mərkəzinə çevrilib.

Materialda Xan Şuşinskiyə qədər olan dövrdəki muğam ustaları-Hacı Hüsü, Səttar, Sadıqcan, Bülbülcan, Mirzə Fərəc, Mirzə Məhəmmədhəsən və digər ifaçılar haqqında söhbət açılır.

XX əsrin birinci yarısında Cabar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Şəkili Ələskər, Əbülhəsən Xan İqbal, Zabul Qasım, Seyid Şuşinski, Məşədi Mirzə Mansur, Zülgü Adıgözəlov, Bülbül və ən nəhayət Xan Şuşinski Azərbaycan muğamını klassik formada təqdim edən xanəndələr olub.

Müəllif məqalədə Azərbaycanda müasir dövr muğam sənətini daha da inkişaf etdirən xanəndələr arasında Yaqub Məmmədov, Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Rübabə Muradova, Əlibaba Məmmədov Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Qədir Rüstəmov, Mənsum İbrahimov və başqa sənətçilərin adlarını qeyd edir və bu cür xanəndələrin sayəsində Azərbaycan muğamının xarici ölkələrdə tanındığını, şöhrət qazandığını vurğulayır.

Müəllif Muğamın Azərbaycan sərhədlərini aşdığını, bəşəriyyətin şifahi irsinin şah əsəri kimi tanındığını vurğulayaraq, Azərbaycan muğamını yüksək yaradıcılıq keyfiyyətinə malik olduğunu qeyd edir.

Məqalə ilə bu linkdə tanış olmaq mümkündür.

25.08.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası