Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Özbəkistan Milli Elmlər Akademiyasında Azərbaycan və Özbəkistan elmi- ədəbi əlaqələrə dair debat keçirilib.
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Milli Elmlər Akademiyasında Azərbaycan və Özbəkistan elmi- ədəbi əlaqələrə dair debat keçirilib.


Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunda Azərbaycan və Özbəkistan arasında mədəni- ədəbi əlaqələr, mövcud vəziyyət, həyata keçirilən layihələr və gələcək perspektivlərin müzakirəsi keçirilib.

Layihə Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutu və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilib.

Tədbirdə Özbəkistan Milli Elmlər Akademiyasının tanınmış ədəbiyyatşünas alimləri, tərcüməçilər, gənc tədqiqatçılar iştirak ediblər.

İlk öncə çıxış edən Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktoru, tanınmış alim, professor Nizaməddin Mahmudov iki ölkə Azərbaycan və Özbəkistan arasında mövcud elmi-ədəbi əlaqələr haqqında məlumat vermiş, ötən illər ərzində bu istiqamətdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib. O, Türk Şurası üzv ölkələr arasında Azərbaycanla bu istiqamətdə uğurlu layihələr həyata keçirildiyini, Azərbaycan mədəniyyətini, ədəbiyyatını Özbəkistanda uğurla tanıdan, təbliğ edən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təcrübəsinin öyrənilməsi və Mərkəzlə Özbəkistanın müvafiq qurumlarının əməkdaşlıq etməsinin olduqca faydalı olduğunu qeyd edib.

O, Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutun başlatdığı debat layihəsinə xarici ölkələrin təmsilçiləri arasında ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin qoşulduğunu vurğulamış, Mərkəzin direktorunun gənc təsqiqaçılarla görüşə gəldiyini bildirib.

Nizaməddin Mahmudov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu Azərbaycan – Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Milli Elmlər Akademiyasının Fəxri Diplomu ilə təltif edib.

Tədbirdə digər çıxış edən alimlər Azərbaycan elminin, ədəbiyyatının dünyanın, habelə Türk dünyası ədəbiyyatı arasında olduqca zəngin ənənələrə malik olduğunu, bu ədəbiyyatın Özbəklərə öz ana dillərində çatdırılması, tərcümə məktəbinin formalaşdırılması istiqamətində Azərbaycan Mədəniyyət Mərkəzinin uğurlu layihələrini qeyd ediblər.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək iki ölkə arasında elmi-ədəbi əlaqələrin əməkdaşlıqda mühüm rol oynadığını, aparılan işlərə diqqət və dəstək üçün Özbəkistan Milli Elmlər Akademiyasına öz təşəkkürünü bildirib.

Diplomat öz çıxışında ötən ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfinən “Nəsimi ili” elan olunması, bu istiqamətdə dünyada, o cümlədən Özbəkistanda da çoxsaylı layihələrin həyata keçirilməsinə səbəb olduğunu bildirib. O, qeyd edib ki, ötən il Azərbaycan-Özbəkistan münasibətləri, mədəni əlaqələrin inkişafı istiqamətində uğurlu olmuş, Türk Şurası üzv Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə Özbəkistanın prezidentinin iştirakı və qardaş ölkənin təşkilata üzv olması əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət etdiyini söyləyib.

Samir Abbasov ötən illər ərzində Azərbaycan ədəbiyyatının klassiklərinin, şair və yazıçılarının əsərlərinin Özbək dilində nəşr olunduğunu, tarixdə ilk dəfə olaraq dahi Nizami Gəncəvinin 5 əsəri “Xəmsə” Özbək dilinə tərcümə edilərək nəşr edilmiş, Azərbaycan-Özbəkcə, Özbək-Azərbaycanca lüğəti” işıq üzü gördüyünü söyləyib.

Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin 2020-ci il üzrə prioritetlərini də açıqlayıb. O, bu il dahi şairlərimiz Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir əsərlərinin Özbək dilinə tərcümə layihəsinin həyata keçiriləcəyini, Özbəkistanın Xivə şəhərinin Türk mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar sözügedən şəhərdə Özbəkistan, Azərbaycan və türk şurası ölkələrinin şairlərinin iştirakı ilə poeziya günlərinin keçiriləcəyini bildirib.

S.Abbasov Özbəkistanın gənc tədqiqatçıları üçün Azərbaycanın elm müəssisələri, ali məktəblərinin elan etdiyi beynəlxalq təhsil proqramları, qrant proqramları haqqında məlumat verib, Özbək gənclərinin bu proqramlarda yaxından iştiraka dəvət edib.

Daha sonra çoxsaylı gənc tədqiqatçılar Azərbaycan-Özbəkistan ədəbi-elmi əlaqələri, bu istiqamətdə həyata keçirilən birgə layihələr, imkanlar, təhsil və mübadilə proqramları, gələcək əməkdaşlıq, ədəbi tərcümə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihələrində, müsabiqələrində, proqramlarında iştiraka dair debat keçirilib.

Mərkəzin direktoru bu mövzularda Özbəkistan alimlərinin, gənc tədqiqatçıların suallarını cavablandırıb.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi adından Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutuna Mərkəzin layihəsi ilə yeni çapdan çıxan, azərbaycanlı alim Qulamhüseyn Əliyevin “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” kitabını və Azərbaycan xalqının zəngin mədəniyyətini və istedadını nümayiş etdirən unikal “İrəvan xalçaları” kitabını hədiyyə edib.

30.01.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası