Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Azərbaycanın, Səfirliyinin birinci katibi Samir Abbasov və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Press-klubun sədri Şerzod Kudratxocayev arasında görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında media, mədəniyyət, turizm, elm və təhsil sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ş. Kudratxocayev Azərbaycanla media sahəsində əməkdaşlığın Özbəkistan üçün prioritet olduğunu qeyd edib.

Rektor Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği istiqamətində mühüm layihələrin reallaşdırıldığını vurğulayıb.

O, Azərbaycan torpaqlarının işğaldan azad olunması və qarşıdan gələn Zəfər Günü münasibəti ilə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

S. Abbasov Azərbaycan-Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın görüşləri, ikitərəfli əlaqələrinin genişləndirilməsi, media sahəsində əməkdaşlıq platformasının yaradılması, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri haqqında danışıb.

Diplomat özbək mətbuatı ilə sıx əməkdaşlıq nəticəsində Vətən müharibəsi günlərində qardaş ölkə tərəfindən Azərbaycan həqiqətlərinin yayılmasına mühüm dəstək göstərildiyini qeyd edib. S. Abbasov Azərbaycanla Türkiyə arasında yaradılan dost və qardaş ölkələrlə birgə media platformasına gələcəkdə Özbəkistanın da qoşulmasının əməkdaşlıqda yeni imkanlar açacağını söyləyib.

Rektor təklifin əhəmiyyətini vurğulayaraq gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişlənməsinin vacib olduğunu qeyd edib.
Sonda S. Abbasov Ş. Kudratxocayevə “İrəvan xalçaları” fotokitabını bağışlayıb.

12.10.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası