Azərbaycan nümayəndə heyətini Qarakalpaqstan Respublikasının Nazirlər Kabinetinin sədri Kahraman Sariyev qəbul etdi.
Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri ilə əlaqədar Özbəkistanın Qarakalpaqstan Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətini Qarakalpaqstan Respublikasının Nazirlər Kabinetinin sədri Kahraman Sariyev qəbul edib.
Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyimizin birinci katibi Samir Abbasovdan ibarət nümayəndə heyəti Qarakalpaqstan rəhbərliyi ilə qarşılıqlı əlaqələr, mövcud vəziyyət, mədəni əməkdaşlıq, gələcək planlar barədə fikir mübadiləsi aparmışlar. Görüşdə Özbək alim, tarixçi Şuxrat Salamov da iştirak edib.
İlk öncə qonaqları salamlayan Qarakalpaqstan Respublikasının Nazirlər Kabinetinin sədri Kahraman Sariyev Türk dünyasının bir hissəsi olan Özbəkistan, onun Qarakalpaqstan diyarı, muxtar respublikada əldə olunan nailiyyətlər, Qarakalpaqstanın mədəniyyəti, Azərbaycanla tarixi əlaqələr barədə danışmış, iki ölkə rəhbəri Şavkat Mirziyoyev və İlham Əliyev arasında görüşlər və əməkdaşlıqda yaranan imkanlar barədə məlumat verib. O, ilk dəfə olaraq Azərbaycan mədəniyyət günlərinin Qarakalpaqstanda keçirilməsini yüksək qiymətləndirmiş, Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirmiş, sözügedən tədbirin əməkdaşlıqda yeni imkanlar açacağına inandığını qeyd edib.
Kahraman Sarıyev Qarakalpaqstanın mərkəzi Nukus şəhəri, habelə əyalətin Maynak şəhərindəki beynəlxalq aeroportla Azərbaycan hava limanları arasında reyslərin açılması, azərbaycanlı iş adamlarının Qarakalpaqstanda layihələrdə iştirakı, buranın neft-qaz sahəsinə Azərbaycan investisiyalarının yatırılması təklifi ilə çıxış etmiş və bu barədə təkliflərini Azərbaycan rəhbərliyinə çatdırılmasını xahiş etmişdir.
Millət vəkili Qənirə Paşayeva ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq, dövlət başçıları arasında səmimi görüşlər barədə danışaraq mədəniyyət günlərinin keçiriliməsinin əsas məqsədinin, əlaqələrin daha da genişnəməsi, mili mədəniyyətimizin tanıdılması olduğunu bildirilmişdir.
O, mədəniyyət günləri çərçivəsində maraqlı görüşlərin keçirildiyini, Özbəkistan Qarakalpaqstanla əməkdaşlığın genişlənləndirilməsinin xüsusi əhəmiyyətini qeyd edib. Qənirə Paşayeva Türk Dünyası arasında həmrəyliyin daha da genişləndirilməsi, mədəniyyətlə yanaşı, təhsil, media, iqtisadi əlaqələrin gücləndirilməsinin vacib olduğunun vurğulayaq, Qaraqalpakstanla Azərbaycanın regionları arasında əməkdaşlığın yaradılması üçün çalışacağını qeyd edib.
Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya İnstitutu və Fondu vasitəsi, şəxsi təşəbbüsü ilə Qaraqalpaq ədəbiyyatı antologiyası və folklorunun Azərbaycan dilində nəşr etməyi öz üzərinə götürdüyünü bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov rəhbərlik etdiyi qurum tərəfindən təşkil olunan “Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri” çərçivəsində Nukus Dövlət Universitetində Azərbaycan Mərkəzini açılacağını, Azərbaycan milli mədəniyyətinə dair çoxsaylı nəşrlər, milli geyimlərmizin nümunələri, suvenirlər Qarakalpakstan Universitetlərinə hədiyyə olunduğunu bildirib. O, prezident İlham Əliyev tərəfindən, 2021 il “Nizami Gəncəvi ili” elan olunması, dövlətlərimiz arasında yüksək səviyyədə əməkdaşlıq haqqında danışaraq, Azərbaycanın 30 il Ermənistan işğalı altında qalan torpaqlarının azad etdiyini və azad olunmuş ərazilərdə Ermənistan tərəfindən bütün infrastrukturun, tarixi abidələrin məhv edildiyini bildirib. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin aparıldığını, habelə Özbəkistanın Azərbaycana göstərilən dəstəyini xüsusi qeyd edib.
S. Abbasov ikitərəfli əməkdaşlığın genişləndirmək məqsədi ilə bir sıra təkliflərlə çıxış edib: Azərbaycan universitetləri ilə Qarakalpaqstsns Universitetləri arasında əməkdaşlığın yaradılması, müəllim və tələbə mübadiləni həyata keçirilməsi, Azərbaycan jurnalistlərinin Qaraqalpakstana mediaturunun təşkili, Qarakalpaqstanın dünya şöhrətli ansamblının Azərbaycan səhnəsində çıxışı, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, “İpək yolu boyu turizm” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlığın yaradılması.
Görüşdə Qənirə Paşayeva Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universiteti ilə Nukus Dövlət Pedaqoji Universiteti arasında əlaqələrin yaradılması, Azərbaycanda Özbəkistanın Qarakalpaqstan diyarının mədəniyyətinə dair tədbirlərin keçirilməsi, Qarakalpaqstan şairlərinin Azərbaycana dəvət edərək, ədəbiyyat günlərinin təşkilinə dəstək olacağını bildirib.
Hökumətin rəhbəri Kahraman Sariyev Azərbycan nümayəndə heyətinin təkliflərini yüksək qiymətləndirmiş, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və əldə olunan qələbə münasibətiilə təbrik etmişdir.
O, Millət vəkili Qənirə Paşayevanın Qarakalpaqstanın Azərbaycanda mədəniyyət elçisi kimi görmək arzusunu bildirib, Azərbaycanlı jurnalistlərin Qarakalpaqstana mediaturuna dəstək göstərəcəyini, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gələcəkdə Azərbaycanla Özbəkistanın Qarakalpaqstan diyarı arasında əlaqələrin daha da yüksək səviyyəyə çatdirılacağına inamını ifadə edib.
Sonda Qarakalpaqstan hökuməti rəhbərinə Azərbaycan nümayəndə heyəti tərəfindən milli xalçamız hədiyyə edilib.
22.10.2021