Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycan mədəniyyət günləri ilə əlaqədar Özbəkistanda olan nümayəndə heyətini qəbul edib.


Azərbaycan Mədəniyyət Komitəsinin sədri, Milli Məclisin deputatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova və nümayəndə heyətinin digər üzvləri ilə görüşüb.

Danışıqlar zamanı ikitərəfli mədəni əlaqələr, birgə əməkdaşlıq, Azərbaycan muğam və Özbəkistanın makom sənətinin öyrənilməsi, tədqiqi istiqamətində fikir mübadiləsi aparılıb. Bu sahədə məşğul olan alimlər arasında təcrübə mübadiləsi və iki ölkənin tanıtımı ilə bağlı müzakirələr apardılar. Eyni zamanda, sənətkarlarla maqom sənəti müəllimləri arasında əməkdaşlığın qurulması məsələsi müzakirə olunub.

Nazir Ozodbek Nazarbekov Azərbaycanla mədəni əlaqələrin yüksək səviyyədə olmasını qeyd edərək, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimovun Özbəkistana səfəri, ikitərəfli əməkdaşlığa dair faydalı görüşün keçirildiyini qeyd edərək, əlaqələrin inkişaf etdirilməsində Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rolunu xüsusi qeyd edib.

O, Azərbaycanı öz torpaqlarını işğaldan azad olunması münasibətilə təbrik edib və iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva bir-birinə olduqca yaxın olan Azərbaycan və Özbək xalqları, dövlətlərimiz arasında yüksək səviyyədə münasibətlərin qurulmasında ölkə başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında dostluğun xüsusi rolunu qeyd edib.

Azərbaycanın bu günlərdə öz torpaqlarını Ermənistan işğalından azad etməsinin bir illiyini qeyd etdiyini vurğulayan millət vəkili, ölkə başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin aparıldığını söyləyib. Azad edilmiş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən nəinki etnik təmizləmə, bütün infrastrukturun, mədəni abidələrin məhv edildiyini qeyd edən Qənirə Paşayeva Ermənistanın əsl vandalizm həyata keçirdiyini bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr və bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verib. O, bu günlərdə Özbəkistanın Qarakalpakstan Respublikası və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini və bu sahədə göstərən dəstəyə görə Özbəkistan dövlətinə təşəkkürünü ifadə edib.

Tərəflər Özbək nazirin Azərbaycana səfərinin hazırlanması, Şuşa və Xivə şəhərləri arasında "Qardaşlaşmış şəhərlər" haqqında müqavilənin reallaşdırılması ilə əlaqədar fikir mübadiləsi aparıb.

Nazir Ozodbek Nazarbekov Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla hər ay görüşmək və birgə əməkdaşlıq əlaqələrinin müzakirə edilməsini təklif etmiş və bu görüşün operativ olaraq tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradacağını vurğulayıb.

Səmimi keçən görüşdə Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova muğam sənətimizə aid ifa edib.

Sonda Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekova Azərbaycan xalçaçılıq sənətinin unikal nəşri "İrəvan xalçaları" kitabı və Azərbaycan xalçası hədiyyə edilib.

23.10.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası