Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: “Müqəddəs Georgi” gürcü-pravoslav kilsəsi.
Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kəndi ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə tikilib.
Kilsə Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kilsəni ziyarət edib.