Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
html5 slider by WOWSlider.com v8.8

Əl-Xarəzmi adına Urgənc Dövlət Universitetində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinə həsr olunmuş böyük tədbir keçirilib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri davam edir.

Mədəniyyət və ədəbiyyat günləri çərçivəsində vilayətin mərkəzi Urgənc şəhərindəki Əl-Xarəzmi adına Urgənc Dövlət Universitetinin müəllim və tələbələri ilə görüş, həmçinin “Addım-addım Özbəkistan” kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

Urgənc Dövlət Universitetinin rektoru, professor Baxram Abdullayev Azərbaycandan gələn qonaqları salamlayıb, “Addım-addım Özbəkistan” kitabının əhəmiyyətindən danışıb, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əməkdaşlığın inkişafından söhbət açıb. Rektor bildirib ki, Azərbaycanın şair və yazıçıları hələ qədim zamanlardan xarəzmli həmkarları ilə dostluq münasibətləri saxlayıb. Azərbaycan şairlərinin əsərləri Xarəzm dilinə, Xarəzm şairlərinin əsərləri isə azərbaycancaya uyğunlaşdırılıb.

Sonra Baxram Abdullayev Özbəkistan Təhsil Nazirliyinin qərarı ilə Qənirə Paşayevanın universitetin fəxri professoru adına layiq görüldüyünü bildirib və bununla bağlı müvafiq sənədi Qənirə Paşayevaya təqdim edib.

Əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova da universitetin fəxri fərmanını təqdim olunub.

Qənirə Paşayeva ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələrin inkişafından, bu universiteti ilə Azərbaycanın ali məktəbləri arasında müəllim və tələbə mübadiləsinin aparılması zəruriliyindən danışıb.

Komitə sədri bildirib ki, məşhur Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli repressiya illərində özünə qarşı təhlükə hiss etdiyindən Xarəzmə gəlib və bir neçə il bu universitetdə dərs deyib. Sonra o, təhlükə sovuşub deyə Bakıya çağırılıb, həbs olunub və heç bir günahı olmadan güllələnib. Tarixdən məlumdur ki, Naxçıvan xanı Cəlaliyyə sonuncu Xarəzmşah Cəlaləddin Manquberdinin nişanlısı olub. Cəlaləddin Manquberdi xəyanət nəticəsində öldürüldüyündən onlar evlənə bilməyib. Bu haqda məlumatlar Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin “Cəlaliyyə” tarixi povestində əks olunub.

Qənirə Paşayeva Özbəkistan haqqında müəllifi olduğu kitabın özbək xalqına səmimi münasibəti əks etdirdiyini vurğulayıb, təqdimata görə minnətdarlıq edib.

Q.Paşayeva rektora Azərbaycan xalçası, “Addım-addım Özbəkistan” kitabının və üzərində xarı bülbülün əksi olan saat və köynək bağışlayıb.

Samir Abbasov “Addım-addım Özbəkistan” kitabının dost ölkə və özbək xalqı, burada yaşayan soydaşlarımız haqqında etibarlı mənbə olduğunu bildirib. O, ötən əsrin əvvəllərində Azərbaycan maarifçilərinin, ziyalılarının Orta Asiyaya gəlişi, insanların maariflənməsində yaxından iştirakı, şair və yazıçılarımız arasındakı yaradıcılıq əlaqələri haqqında söhbət açıb və vurğulayıb ki, topluda bu haqda da danışılır. O bildirib ki, keçmiş SSRİ dövründə və müstəqillik illərində böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Füzuli və Nəsiminin, müasir şairlərin əsərləri vaxtaşırı özbək dillində çap olunub və sevilib. O deyib ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi ilə bağlı Özbəkistanda və türk dünyasında müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur.

Universitetin tələbələri Qənirə Paşayevanın və digər Azərbaycan şairlərinin şerlərini söyləyib və onlara da hədiyyələr verilib.

Alim və tərcüməçi Babaxan Şərif, Özbəkistan Yazıçılar İttifaqının Xarəzm vilayət şöbəsinin sədri, şair Qavxar İbadullayeva, şair və dramaturq Kurban Muxammadrizo, jurnalist və şair İsmayıl Alaberqenov və başqaları şair və yazıçılarımız arasında ədəbi əlaqələrin yaxınlaşması, Xarəzm yazıçı və şairlərinin əsərlərinin Bakıda çap olunması məsələlərindən danışıblar.

Sonra Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğam və xalq mahnıları və təsniflərimizi, aşıq İlham Abdullayev saz havalarını, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Sonda Gülyanaq Məmmədovaya universitetin fəxri fərmanları verilib.
Görüş və təqdimat mərasimi bir neçə saat davam edib.

27.10.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası