Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Daşkənddəki Məhəmməd Füzuli adına Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib


Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində olublar.

Mərkəz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə yaradılıb.

Əvvəl Qənirə Paşayeva və digər nümayəndələr mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Universitetin prorektoru, professor Baxodir Xalikov qonaqları salamlayaraq ölkələrimiz arasında mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıb.

Prorektor bildirib ki, universitet cəmi bir neçə il əvvəl yaradılıb, buna baxmayaraq qısa müddətdə Özbəkistanın ali məktəbləri arasında hörmət qazana bilib.

Qənirə Paşayeva özbək xalqını və özbək ədəbiyyatını çox sevdiyini, bu xalqın şairlərini mütaliə etdiyini, onlar haqqında məqalələr yazdığını deyib. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasını sevinclə qarşıladığını diqqətə çatdırıb. Deputat bildirib ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın şair və yazıçılarının əsərlərini özbək dilində çap etdirir və bu, təqdirəlayiq haldır. Mən burada Azərbaycan Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitabları da görürəm.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Mədəniyyət Mərkəzi sözügedən Mərkəzin yaradılması, onun tərtibatı, habelə lazımı kitab və digər avadanlıqlarla təchiz edib. Tələbələr bu mərkəzdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi ilə tanış olurlar. Buradakı kitablardan istifadə edərək Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədqiqatlar aparırlar.

Mərkəzin rəhbəri, dosent Gülbahar Aşurova belə bir mərkəzin yaradılması üçün Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib, burada keçirilən tədbirlər və gələcək planlardan söhbət açıb.

Sonda Qənirə Paşayeva mərkəzə Azərbaycan xalçası və “Addım-addım Özbəkistan” kitabını hədiyyə edib.

29.10.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası