Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

Daşkənddəki Əlişir Nəvai adına Universitetdə millət vəkili Qənirə Paşayeva ilə görüş və onun “Addım-addım Özbəkistan” kitabının təqdimatı keçirilib


Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Bakıda çap olunan “Addım-addım Özbəkistan” kitabının təqdimatı keçirilib.

Universitetin professoru Səadət Muxammedova kitabın məziyyətlərindən danışıb, toplunun tələbələr üçün maraq kəsb edəcəyini bildirib.

Universitetin prorektoru, professor Baxodir Xalikov özbək və Azərbaycan xalqlarının, həmçinin yazıçı və şairlərimizin dostluğu, Azərbaycan Mədəniyyət Mərkəzi ilə həyata keçirilən birgə layihələrdən söhbət açıb. O əmin olduğunu bildirib ki, “Addım-addım Özbəkistan” toplusu tələbələrin sevimli kitablarından olacaq.

Özbəkistan Yazıçılar İttifaqının katibi Qayrat Məcid bildirib ki, zaman-zaman Azərbaycan ədəbiyyatı özbək, özbək ədəbiyyatı Azərbaycan dilinə çevrilib və bu proses indi də davam edir. Bu işdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mədəniyyət Mərkəzi Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi ilə bağlı Daşkənddə özbək dilində 90-a yaxın kitab çap etdirib və bu, təqdir olunmalıdır. Q. Məcid deyib ki, Azərbaycan Milli Məclisinin deputatının Özbəkistan haqqında kitab yazması dostluğumuzun və qardaşlığımızın təcəssümüdür.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın və Özbəkistanın müstəqilliklərinin 30 illiyindən danışıb, bu illər ərzində həm Azərbaycanın, həm də Özbəkistanın böyük layihələrə imza atdığını bildirib. O deyib ki, böyük şairlər Nizami Gəncəvi və Əlişir Nəvai ilə başlayan ədəbi əlaqələrimiz bu gün də davam edir. O, Özbəkistanın ali məktəbləri ilə Azərbaycanın universitetləri arasında müəllim və tələbə mübadiləsinin əhəmiyyətindən danışıb.

Diplomat qeyd edib ki, böyük Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanda ilk dəfə çap olunub və böyük maraq doğurub. O, təqdim olunan kitabın əhəmiyyətindən danışıb, topluda bu ölkənin tanınmış şəxsiyyətləri, ziyarətgahları haqqında məlumat verildiyini diqqətə çatdırıb.

Universitetin dosenti Gülbahar Aşurova Qənirə Paşayevanın bir şair, nasir və publisist kimi yaradıcılığından danışıb, əsərlərinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Qənirə Paşayeva çıxışında bildirib ki, Əlişir Nəvainin adını daşıyan universitetdə “Addım-addım Özbəkistan” kitabının təqdimatının keçirilməsindən məmnundur. Deputat deyib ki, Türk dünyasını azman ağaca bənzətmək olar, Özbəkistan bu ağacın bir, Azərbaycan bir, türkdilli dövlətlər və topluluqlar da digər budaqlarıdır. Mənim kitabım Özbəkistanın zəngin tarixi, mədəniyyəti, ədəbiyyatının bir yarpağıdır.

Kitabda Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair, tərcüməçi, müəllim Maqsud Şeyxzadə, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva, şair İxtiyar Rza, heykəltəraş Eynulla Əliyev və digər soydaşlarımız haqqında da söhbət açılır.

Komitə sədri 30 il Ermənistanın işğalı altında olan Qarabağın azad olunmasından da danışıb, şəhərlərimizin, kəndlərimizin, məscid və ziyarətgahlarımızın dağıdıldığını, yerlə-yeksan olunduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, artıq azad edilən torpaqlarımız məkrli ermənilərin basdırdığı minalardan təmizlənir və quruculuq işlərinə başlanıb. Bu ərazilərdən köçkün düşən vətəndaşlarımızın öz dədə-baba torpaqlarına dönəcəyi gün isə çox da uzaqda deyil.

Deputat kitabın təqdimatını keçirdikləri üçün universitetin rəhbərliyinə minnətdarlıq edib.

29.10.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası