Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Qənirə Paşayeva Özbəkistan Ali Məclisinin Senatının Mədəniyyət və İdman Komitəsinin sədri Baxtiyar Sayfullayevlə görüşdü.


Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri, millət vəkili Qənirə Paşayeva Özbəkistan Ali Məclisi Senatının Mədəniyyət və İdman Komitəsinin sədri Baxtiyar Sayfullayevlə görüş keçirib.

Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva da iştirak ediblər. İlk öncə qonaqları salamlayan senator Baxtiyar Sayfullayev Azərbaycanla mədəni əlaqələr, əməkdaşlıq haqqında danışaraq, Özbəkistanda son zamanlar təşkil olunan mədəniyyət sahəsində beynəlxalq tədbirlər, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən elan olunan “Yangi Uzbekistan” layihəsi, Özbək-Azərbaycan xalqları arasında tarixi dostluq, parlamentlərarası əməkdaşlıq haqqında danışaraq, iki dövlət arasında əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etmişdir.

Millət vəkili Qənirə Paşayeva Özbəkistanla əməkdaşlığa Azərbaycan dövlətinin xüsusi önəm verdiyini, mədəniyyət sahəsində əməkdaşlığın inkişafından danışaraq, qardaş ölkənin Türk Şurasına üzvlüyünün Azərbaycanda böyük məmnunluq hissi ilə qarsalandığını qeyd edib. O, Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlıqdan danışaraq, Vətən müharibəsi illərində Özbəkistanın Azərbaycanın haqq işinin yanında olmasını xüsusi vurğulayıb. Qənirə Paşayeva 30 il Ermənistan işğalı altında qalan torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən azad edildiyini və sözügedən ərazilərdə bütün infrastrukturun, mədəniyyət, dini abidələrin məhv edildiyini söyləyib. Millət vəkili hazırda azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş quruculuq işlərinin aparıldığını, tarixi Şuşa şəhərində beynəlxalq musiqi və poeziya festivallarının keçirildiyini, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini Özbək senatorun diqqətinə çatdırıb.

Millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlıarını işğal etməklə yanaşı, regionda etnik təmizləmə siyasətini aparmasını, Azərbaycanın Xocalı şəhərində vətəndaşlarımıza qarşı soyqırım həyata keçirdiyini söyləyərək, bu qətliamın dünyanın onlarla ölkəsi, ABŞ-ın 20-dən çox ştatının parlamentlərinin soyqırım kimi tandıqlarını qeyd edib. O, gələcəkdə Özbəkistan Ali Məclisinin Senatının Xocalı soyqırımını rəsmi şəkildə tanımaq üçün də çağırış edib. İkitərəfli mədəni əməkdaşlıqdan danışan Qənirə Paşayeva ölkələrimiz arasında mədəniyyət layihələri, keçirilən tədbirlər barədə məlumat verib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəni əməkdaşlıq, Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri, iki xalqın ortaq dəyərlərinin təbliği, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən mədəni irs nümunələrimiz haqqında danışaraq, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edildiyini və bu istiqamətdə Özbəkistanda həyata keçirilən layihələr barədə məlumat verib. Diplomat Ermənistanın təcavüzü nəticəsində Azərbaycana aid çoxsaylı mədəniyyət abidələri dağıdıldığını, məhv edildiyini, milli mədəni irsimizə böyük ziyan dəydiyini, islam abidələrinin təhqir edildiyini söyləyib. Samir Abbasov işğaldan azad edilmiş 67 məsciddən, İslam ziyarətgahlarından 65-nın tamamilə dağıdıldığını, qalan iki məscidin isə zərər gördüyünü vurğulayıb.

Daha sonra Azərbaycan-Özbəkistan arasında birgə layihələr, mədəniyyət sahəsində əməkdaşlıqdan danışan Samir Abbasov yaxın günlərdə həm Özbəkistanda, həm də Azərbaycanda geniş mədəniyyət layihələrinin həyata keçiriləcəyini söyləyib.

Millət vəkili Qənirə Paşayeva Özbək senatorla gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində təkliflər verib və sonda müəllifi olduğu “Addım-addım Özbəkistan” kitabını, habelə milli mədəniyyətimizə dair “İrəvan xalçaları” kitabını hədiyyə edib.

29.10.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası