Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Qənirə Paşayeva Mədəniyyət və Sənət Universitetində görüş keçirib


Özbəkistan Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb.

Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak edib.

İbrahim Yuldaşev qonaqları salamlayıb, Özbəkistanın ali məktəbləri ilə Azərbaycan universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Rektor deyib ki, hələ Daşkənddə institutda təhsil alarkən iki ay Bakıda təcrübə keçb. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi vacibdir.

Qənirə Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Deputat xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında mədəni-humanirat sahədə əməkdaşlığın inkişafından danışan deputat qardaş Özbəkistanla bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb, tələbə və müəllim mübadiləsinin mühüm amil olduğunu diqqətə çatdırıb.

Q.Paşayeva deyib ki, bir il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsində Özbəkistan Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib.

Sonra Qənirə Paşayeva Azərbaycanın müvafiq universitetləri ilə əlaqələrin yaradılması ilə bağlı İbrahim Yuldaşevi Bakıya səfərə dəvət edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən, onun Azərbaycan Milli Məclisində Azərbaycan-Özbəkistan Dostluq qrupunun üzvü olduğunu, iki ölkə arasında mədəni əlaqələr sahəsində fəaliyyətindən danışıb.

S. Abbasov dövlətlərimiz arasında mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən böyük layihələr haqqında məlumat verib, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, regionlarda Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, vilayətin kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi istiqamətindəki fəaliyyətindən danışıb. O deyib ki, bu günlərdə Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyətinin iştirakı ilə Qaraqalpaq Respublikasında və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilib və hər iki ölkədə belə mədəni tədbirlərin təşkil olunması vacibdir.

Görüşün sonunda Qənirə Paşayeva İbrahim Yuldaşevə Azərbaycan xalçası hədiyyə edib.
Rektor və qonaqlar universitetdəki Azərbaycan mədəniyyəti otağına da baxıblar.

30.10.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası