Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Mənəviyyat körpüləri-Nizamidən Nəvaiyə qədər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib


Daşkənd Dövlət Şərqşünaslıq Universiteti İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi ilə birgə “Mənəviyyat körpüləri-Nizamidən Nəvaiyə qədər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirib.

Konfransda Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, universitetlərin professor-müəllim heyəti, tələbələr iştirak edib.

Azərbaycanı konfransda ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, həmin institutun elmi katibi Əzizağa Nəcəfzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin Orta Asiya ölkələri üzrə əməkdaşı Elmira Hacıyeva təmsil edib.

Konfransı universitetin rektoru, professor Gülçöhrə Risxiyeva açaraq böyük şairlər Nizami Gəncəvi və Əlişir Nəvainin təkcə Azərbaycan və Özbəkistanda deyil, Şərq dünyasında tanınmış şairlər kimi qəbul edildiyini bildirib.

Hüseyn Quliyev deyib ki, böyük şair Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib, şairin əsərləri yalnız Azərbaycanda deyil, bütün Şərq dünyasında, Avropa ölkələrində çap olunur. Böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar Özbəkistanda, Azərbaycanda və türk dünyasında müxtəlif tədbirlər keçirilir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əskərov onlayn formatda Şərqin iki dahi şairi Nizami Gəncəvi və Əlişir Nəvainin həyatı və yaradıcılığı haqqında danışıb, onların ölməz əsərlərinin böyük tirajla çap olunduğunu və sevildiyini bildirib.

Teymur Kərimlinin “Nizami Gəncəvi demokratizmi klassik dünya ədəbiyyatında yeni hadisə kimi” mövzusundakı məruzəsi maraqla qarşılanıb. Akademik şairin “Xəmsə”sindəki poemalar haqqında söhbət açıb, əsərlərin ayrı-ayrı hissələrinin təhlilini aparıb.

Əzizağa Nəcəfzadə “Şərqin parlaq günəşi və ya böyük şair-humanist Nizami Gəncəvi” mövzusunda məruzə edib.

Özbək professorlar Avtandil Erkinov, Bakijon Tuxliyev, dosent Kəramət Mullaxucayeva, filologiya elmləri namizədi Oysara Madaliyeva və başqa alimlər Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərindən ayrı-ayrı hissələri təhlil edib, paralellər aparıblar. Konfransda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə bu yaxınlarda Bakıda ingilis dilində çap olunan “Contributions of the Eurasian Nations to Islamic Culture” (Avrasiya xalqlarının İslam mədəniyyətinə töhfəsi) kitabının təqdimatı da olub.

Universitetin tələbələri Nizami Gəncəvinin ayrı-ayrı əsərlərindən parçalar söyləyiblər.
Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.

09.11.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası