Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Milli Kitabxanasında Zəfər Günü qeyd edilib, “44 gün” kitabının və klipin təqdimatı olub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Zəfər Günü qeyd olunub, tanınmış Özbək şairə Xasiyyət Rüstəmin Vətən müharibəsindən bəhs edən “44 gün” kitabının və “Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu” klipinin təqdimatı keçirilib.

Tədbir Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında hər il ənənəvi olaraq keçirilən “İnfolib” kitabxana-informasiya həftəsi çərçivəsində təşkil olunub.

Bayram tədbirində Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin professor-müəllim heyəti, jurnalistlər iştirak edib.

Əvvəl tədbir çərçivəsində kitab sərgisi keçirilib. Sərgidə tanınmış Özbək şairə Xasiyyət Rüstəmin “44 gün” kitabı və təşkil olunan Azərbaycan guşəsində isə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycana tarixi və mədəniyyətinə dair kitablar nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Qarabağ münaqişəsinə dair nəşrlər xüsusi maraq doğurub.

Tədbirin moderatoru alim-tərcüməçi Babaxan Şərif iştirakçıları salamlayıb, Özbəkistan-Azərbaycan tarixi dostluğu, eyni soykök, dil, din, mədəniyyət daşıyıcıları olan xalqlarımızın tarixi dostluğundan söhbət açıb. O, Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişi, öz torpaqlarını Ermənistan işğalından azad etməsini tarixi hadisə adlandırıb və bu münasibətlə yazılmış “44 gün” kitabının əhəmiyyətindən danışıb.

Giriş sözü çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığından söhbət açıb. O deyib ki, müharibə ilə bağlı ilk kitablardan birini tanınmış özbək şairə Xasiyyət Rüstəm qələmə alıb.

S.Abbasov bildirib ki, bu gün “44 gün” kitabından başqa “Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu” klipinin də təqdimatı keçirilir. 8 ay müddətinə çəkilən bu klipdə professional müğənnilərlə birlikdə gənc sənətçilər də yer alıb. O deyib ki, klipin yaradılmasında əsas məqsəd Mərkəzi Asiya xalqlarının diqqətini Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vəhşilik aktlarına cəlb etmək, xalqlarımızın həmrəyliyi, Qarabağ həqiqətlərini musiqinin dili ilə hər bir adama çatdırmaqdan ibarətdir.

Özbəkistan Milli Kitabxanasının direktor müavini Nəsibə Xaydarova Azərbaycanla münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizi zəfər günü ilə bağlı təbrik edib. O, Azərbaycanla mədəni əlaqələr, tarixi dostluq barədə fikirlərini bölüşüb.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çəkilmiş “Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu” klipi tamaşaçılara təqdim olunub.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Qələbə münasibəti ilə bir daha Azərbaycan xalqını təbrik edib. O, Vətən müharibəsinin hər gününü diqqətlə izlədiyini bildirib, qeyd edib ki, bu qələbə təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının qələbəsidir.

Professor, soydaşımız Almaz Məcidova, Özbəkistanın “Mədəniyyət və Mərifət” Mərkəzinin eksperi Cəmilə Şirmuxammedova, jurnalist Dildora Xasanova, hərbi ekspert Şakir Dolimov və başqaları öz çıxışlarında Azərbaycanın haqq işini dəstəklədiklərini bildiriblər.

Onlar vurğulayıblar ki, 30 ildən sonra ən nəhayət ki, ədalət zəfər çaldı, Azərbaycan öz halal torpaqlarını işğaldan azad etdi.

Sonra kitabın müəllifi Vətən müharibəsi haqqında “44 gün” kitabının müəllifi Özbək şairə Xasiyyət Rüstəm onlayn formada tədbirə qoşularaq qardaş Azərbaycan xalqının 44 gün ərzində öz torpaqları uğrunda apardığı azadlıq müharibəsi və qazandığı zəfər haqqında fikirlərini bölüşüb və ölkəmizi təbrik edib.

09.11.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası