Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

“O'zbekiston” dövlət telekanalında “Dostluq körpüsünün parlaq ulduzu” verilişi yayımlanıb.


“O'zbekiston” Dövlət telekanalında “Dostluq körpüsünün parlaq ulduzu” verilişi nümayiş etdirilib. Geniş auditoriyaya təqdim olunan materialda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə həsr olunub.

Televiziya verilişində xalqlarımız arasında tarixi dostluq, Azərbaycanla strateji əlaqələr barədə fikirlər yer alır. Azərbaycanın xarici ölkələrdə yaradılan ilk Mədəniyyət Mərkəzi olan Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə nəzər salınır.

Mərkəzin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Mədəniyyət ocağının ölkələrimiz arasında dostluğun, əməkdaşlığın inkişafında və möhkəmlənməsində həyata keçirdiyi layihələrdən danışıb. O, ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında müstəsna xidmətləri barədə məlumat verib. Diplomat qeyd edib ki, Heydər Əliyev özbək xalqına xüsusi münasibət bəsləyib və onun xatirəsi xalqlarımız üçün də daim əzizdir. Mərkəzimizə ulu öndər Heydər Əliyevin adının verilməsinə də məhz bu səbəb olub.

Samir Abbasov müsahibədə vurğulayıb ki, Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın bir çox şəhərlərində ölkəmizin milli mədəniyyətinin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirir. O, bu yaxınlarda Özbəkistanın Qarakalpaqstan Respublikasında və Xarəzm vilayətində keçirilən “Azərbaycanın mədəniyyət və ədəbiyyat günləri” haqqında danışaraq bu cür tədbirlərin yüksək əhəmiyyətini qeyd edib. Diplomat bu ilin dekabr ayında isə hər iki ölkənin alim, tarixçi, sənətşünas və ədəbiyyatşünaslarının iştirak ilə Özbəkistanda “Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri”nin keçirilməsinin planlaşdırıldığını qeyd edib. O, dövlətlərimiz arasında yalnız mədəniyyət sahəsində deyil, iqtisadiyyat və siyasət sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb. Diplomat ölkələrimizin böyük turizm potensialına malik olduğunu söyləyərək, postpandemiya dövründə də turizm sahəsində birgə planların və layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Televiziya verilişində Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi və dövlətçiliyi muzeyinin eksponatlarına nəzər salınıb, Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova dövlətin həyatının əsas dövrlərini, müqəddəs rəmzlərini, memarlıq maketlərini əks etdirən eksponatlar haqqında məlumat verib. Natiq Azərbaycan dövlətçilik tarixi muzeyində görkəmli şəxsiyyətlər haqqında, maraqlı tarixi və arxiv materialları, habelə digər mühüm məlumatlar haqqında tamaşaçılara söhbət açıb.

Azərbaycan Mədəniyyət Mərkəzində yaradılan Xalça muzeyi televiziya verilişində geniş işıqlandırılıb. Qeyd olunub ki, xalçaçılıq Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olmasını göstərməklə yanaşı, xalqımızın xüsusi istedadını nümayiş etdirir.

Bundan əlavə, verilişdə Azərbaycan Mədəniyyət Mərkəzinin Qarabağ bölgəsinin zəngin milli geyim kolleksiyası nümayiş etdirilmiş, sözügedən libasların Özbəkistanda çoxsaylı beynəlxalq tədbirlərdə sərgiləndiyi qeyd olunub.

Sonda tamaşaçılara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib.

17.11.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası