XƏBƏRLƏR 2021
Azərbaycan Mədəniyyət Mərkəzi “Özbəkistan tolerant ölkədir” adlı tədbirdə iştirak edib
İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetində keçirilən “Özbəkistan tolerant ölkədir” adlı tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iştirak edib.
Tədbirdə universitetin professor-müəllim heyəti, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Universitetin prorektoru Arifjon Zaripov qonaqları salamlayaraq bildirib ki, Özbəkistanda 130-dan çox xalqın və millətin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır. Azsaylı xalqların nümayəndələri elm, mədəniyyət, təhsil, istehsal, tikinti və digər sahələrdə uğurla fəaliyyət göstərirlər, ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycan haqqında məlumat verib, respublikanın tolerant, multikultural ölkə olduğunu vurğulayıb, ölkəmizin sülhsevər siyasətindən danışıb. O deyib ki, qədim tarixə və mədəni dəyərlərə malik Azərbaycan ölkədə yaşayan azsaylı xalqların mədəniyyətinə, tarixinə, adət-ənənələrinə və dini inanclarına hörmətlə yanaşır.
K.Pirməmmədova Ermənistanın təcavüzkar siyasətindən də söz açıb, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edildiyini diqqətə çatdırıb.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi nümayiş etdiriblər.
19.11.2021