Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”sinin Bakıda möhtəşəm təqdimatı keçirildi.


Bakıda keçirilən “Nizami Gəncəvi Beynəlxalq Forumu” çərçivəsində Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”sinin təqdimatı keçirilib.

“Xəmsə”nin xüsusi nəşri “Nizami Gəncəvi ili” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap edilərək geniş ictimaiyyətə təqdim edildi.

Tədbirdə Azərbaycan və Özbəkistanın tanınmış alimləri, nizamişünaslar, elm və ictimaiyyət xadimləri, media nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 2021-ci il “Nizami Gəncəvi ili” çərçivəsində Özbəkistanda həyata keçirilən layihələr, tədbirlər haqqında söz açaraq dahi Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində bu il də Mədəniyyət Mərkəzi tərəfindən bir çox işlərə imza atıldığını söylədi. Tərcümə layihəsinin həyata keçməsi ilə bağlı ətraflı məlumat verən diplomat altı il ərzində Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən orijinaldan özbək dilinə çevirilmiş nəşrin əhəmiyyətindən söz açaraq, onun Nizami irsininin öyrənilməsi və tədqiqi baxımından çox əhəmiyyətli mənbə olduğunu qeyd etdi. Samir Abbasov Türk dünyasının böyük şairi Nizami Gəncəvinin əsərlərinin şərq şairlərinin yaradıcılığında ilham mənbəyi olduğunu və onun irsinin Azərbaycan xalqının qüruru olduğunu söylədi.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Nizami Gəncəvinin ədəbi irsinin dünyada öyrənilməsi baxımından dahi şairin əsərlərinin tərcüməsinin çox vacib olduğunu vurğuladı. Nizami irsinin mədəniyyətlərarası körpü adlandıran nazirin birinci müavini şairin əsərlərinin özbək dilinə tərcüməsini də bu baxımdan böyük əhəmiyyətini qeyd etdi. Elnur Əliyev keçirilən beynəlxalq Forum çərçivəsində maraqlı panellərin, diskussiyaların və təqdimatların Nizami Gəncəvi yaradıcılığı işığında Azərbaycan mədəniyyətinin, ədəbiyyat və incəsənətinin bütün dünyada təbliği və tanıdılmasına şərait yaratdığını bildirdi.

Tədbirdə giriş sözü ilə çıxış edən Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə olaraq Nizami Gəncəvi “Xəmsə”sinə daxil olan bütün poemaların özbək dilinə tərcüməsininin tarixi hadisə olduğunu qeyd edərək Özbəkistanda Nizami yaradıcılığına göstərilən böyük maraqdan danışdı. Səfir iki xalq arasında tarixən mövcud olan qardaşlıq əlaqəlirini vurğulayaraq klassik Şərq ədəbiyyatında xəmsəçilik məktəbini yaradan Nizami Gəncəvi və onu uğurla davam etdirən Əlişir Nəvainin xalqlarımız arasında dostluq və ədəbi əlaqələrin zirvəsi olduğunu qeyd etdi.

Çıxış edən digər özbək natiqlər - Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, professorlar Nigina Şermuxammedova, Hamidulla Baltaboyev Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcüməsi, bu işin Azərbaycan dövlətinin təmsilçisi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sistemli şəkildə, bütün xırda detalları nəzərə alınmaqla tərcümə və nəşrinin təqdirəlayiq hal olduğunu qeyd etdilər.

Tədbirdə çıxış edən Azərbaycan alimləri - akademik Teymur Kərimli, AYB-nin sədrinin müşaviri, tərcüməçi-alim Sayman Aruz, Nizamişünas alimlər Təhminə Bədəlova, Akif Azalp Nizami Gəncəvi ili çərçivəsində həyata keçirilmiş bu layihənin təkçə Özbəkistanda deyil, Azərbaycan ədəbiyyatşünaslığı üçün də böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Sonda nazirin birinci müavini Elnur Əliyev tədbirdə iştirak edən Nizamişünas alimləri Azərbaycan Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi” medalı ilə təltif etdi.

Qeyd edək ki, bu nəşr Azərbaycan və Özbəkistanın ali məktəblərinə, elm və mədəniyyət müəssisələrinə əvəzsiz olaraq veriləcəkdir.

26.11.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası