Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə təşkil olunan elm və mədəniyyət festivalında ölkəmiz də iştirak edib


Türkiyədəki Türk Dünyası Uşaq Fondu Daşkənddə türk dövlətlərindən olan uşaqların Elm və Mədəniyyət Festivalını təşkil edib.

Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin Bakı İstanbul Liseyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Sumqayıt Dünya Məktəbi və Anadolu Liseyinin müəllim və şagirdləri təmsil ediblər.

Festivalda türk dövlətlərinin hamısından istedadlı və ixtiraçı uşaqlar iştirak ediblər.

Tədbiri Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmanov açaraq beşinci dəfə təşkil edilən festivalın Özbəkistanda keçirilməsini alqışlayıb, uşaqlara uğurlar arzulayıb.

Digər çıxış edənlər uşaqların öz elmi biliklərini inkişaf etdirməsinə təkan verən belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin zəruriliyindən danışıblar.

Türk dövlətlərinin şagirdləri üç gün ərzində öz əl işlərini nümayiş etdirib, ixtiralarını göstərib, təcrübə mübadiləsi aparıblar. Şagirdlər, eyni zamanda, öz ölkələrinin mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında məlumat verib, milli rəqslərini təqdim ediblər.

Bakı İstanbul Liseyinin müəllimi Afina Həmidova bildirib ki, Azərbaycandan festivala dörd müəllim və dörd şagird gəlib: “Şagirdlərimizin əl işləri maraqla qarşılanıb. Stendimizin qarşısı həmişə tamaşaçılarla dolu olurdu. Şagirdlərimiz digər türk dövlətlərinin uşaqları ilə tanış olur, sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlamağa başlayırdılar”.

Festivalın Türk dünyası üzrə əlaqələndiricisi Güllü Karanfil isə deyib ki, say hesabı ilə bu, beşinci festivaldır. Bundan əvvəl dörd festival Türkiyədə keçirilib. Festivalın digər türk dövlətlərində də keçirilməsi nəzərdə tutulur.

Festival çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi kitab və suvenirlərdən ibarət sərgi nümayiş etdirib. Kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər olub.

Kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Qarabağ münaqişəsinə dair nəşrlər nümayiş olunub.

Nəşrlər arasında Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər əsərlər də olub.

Qarabağ regionunun milli qadın və kişi geyimlərini də iştirakçılar maraqla qarşılayıblar.

27.11.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası