Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” keçirəcəkdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021–ci ilin “Nizami Gəncəvi ili” elan olunması, dahi şairin 880 illiyi, habelə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin böyük söz ustadı “Əlişir Nəvainin 580 illiyinin geniş qeyd olunması haqqında” Sərəncamı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 1-3 dekabr tarixlərində Özbəkistanda "Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri" keçirəcəkdir.

Tədbirlərə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar Birliyi, Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoju Universiteti, Əbu Rayhon Beruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir.

Cari il 1 dekabr tarixində "Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri"nə start veriləcək, Özbəkistanın tarixi Turan Kitabxanasında hər iki şairin əsərlərindən ibarət miniatürlərin sərgisi təqdim olunacaqdır. Kitabxanaya Nizami Gəncəviyə dair nəşrlər hədiyyə olunacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çəkilmiş, Azərbaycan və Özbək xalqlarının dostluğuna həsr olunmuş “Qızıl Körpü” sənədli filmi nümayiş etdiriləcəkdir.

Həmin gün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri"nin rəsmi açılış mərasimi keçiriləcək, hər iki şairə dair elan etdiyimiz müsabiqənin nəticəsində çap olunmuş və Özbək alimlərinin hazırladıqları monoqrafiyalar təqdim ediləcəkdir.

Rəsmi açılış çərçivəsində Özbəkistanın ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş şeir kompozisiyası təqdim olunacaq, habelə “SOQDİANA” Özbəkistan Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanmış konsert proqramı təqdim ediləcəkdir.

Cari ilin 2 dekabr tarixində Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Rayhan Beruni adına Şərqşünaslıq İnstitutunda Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi öz işinə başlayacaqdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanda və Türkiyədə saxlanılan Nizami Gəncəvi və Əlişir Nəvainin bir sıra maraqlı əlyazmalarının surətləri əldə edilmiş və sözügedən tədbirdə Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Əbu Rayhan Beruni adına Şərqşünaslıq İnstitutunun kitabxanasına hədiyyə ediləcəkdir.

Bundan başqa, tədbir çərçivəsində ilk dəfə olaraq Nizami Gəncəvinin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsərinin və Əlişir Nəvainin Azərbaycan dilinə tərcümə olunmuş “Xəmsə” əsərinin təqdimatı da nəzərdə tutulub.

Cari il 3 dekabr tarixində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı - türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir” adlı beynəlxalq konfrans öz işinə başlayacaqdır. Özbəkistan, Azərbaycan, Türkiyə alimlərinin qatılacağı konfransda hər iki şairin yaradıcılığı, tədqiqat məsələləri, aktual problemlər, onların Türk dünyasının böyük klassikləri olaraq irslərinin araşdırılmasına dair məruzələr və fikir mübadiləsi aparılacaqdır.

Qeyd edək ki, "Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri" çərçivəsində Özbəkistanın aparıcı kitabxanalarına Nizami Gəncəvinin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” kitabı, habelə şairin yaradıcılığına dair nəşrlər hədiyyə olunacaqdır.

29.11.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası