Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Əlişir Nəvainin hikmətləri” kitabı çap olunub


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Əlişir Nəvainin hikmətləri” kitabı Bakıdakı “Nüsxə” nəşriyyatında Azərbaycan və özbək dilində çap olunub.

Kitab Özbəkistan Elmlər Akademiyasının Əbu-Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun Klassik Şərq ədəbiyyatı şöbəsi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib və institutun Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.

Layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, elmi məsləhətçi tarix elmləri doktoru, professor Bəhram Aduxalimov, nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru Kamilcan Rəhimov, Özbək dilindən uyğunlaşdıran Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahməmməd Dağlaroğlu, Azərbaycan dilindəki mətnləri uyğunlaşdıran Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Qasımova, redaktorları filologiya elmləri namizədi Səliməxon Eşanova və filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir.

Kitabda şairin müxtəlif əsərlərində yer almış hikmətli kəlamları və ibrətamiz deyimləri cəmləşib. Bu kəlamların qələmə alındığı vaxtdan əsrlər keçsə də onlar öz təsir gücünü, tərbiyəvi əhəmiyyətini bu günümüzə qədər gətirib çıxarıb.

Qeyd edək ki, “Əlişir Nəvainin hikmətləri” adlı əsər Özbəkistanın, Türk dünyasının böyük şairi Əlişir Nəvainin 580 illik yubileyi münasibəti ilə Azərbaycan dilinə tərcümə edilmiş və çap edilmişdir.

13.12.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası