Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovun kitablarının təqdimatı keçirilib


Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetinin (ÖDPU) professoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) icraçı direktoru Erkin Nuriddinovun Özbəkistan müstəqilliyinin 30 illiyinə həsr olunan “Özbəkistanın yenilənməsi mərhələsində ölkənin xarici siyasət fəaliyyətinin möhkəmlənməsi və gələcək inkişafı”, “Tarixi və sosial-siyasi izahlı lüğət” və “Dünya tarixi: Yeni dövr (1918-1945-ci illər)” kitablarının təqdimatı keçirilib.

Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetinin təşəbbüsü ilə Əlişir Nəvai adına Milli kitabxanada baş tutan tədbirdə bu qurumların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

ÖDPU-nun rektoru, professor Abduqappor Kırqızbayev Erkin Nuriddinovun elmi fəaliyyəti haqqında məlumat verib, təqdim olunan kitabların əhəmiyyətindən danışıb, ÖADC-nin icraçı direktoru kimi gördüyü işlərdən söhbət açıb.

Özbəkistan Tarixçilər Cəmiyyətinin rəisi, tarix elmləri doktoru, professor Baxtiyor Xasanov Erkin Nuriddinovun Özbəkistanın xarici siyasəti, müstəqillik dövründə beynəlxalq münasibətlər sistemində rolu və mövqeyinə dair əsərləri barədə fikirlərini bölüşüb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov alimin öz yaradıcılığı ilə Özbəkistan tarixinin açılmamış səhifəsinə işıq saldığını qeyd edib, Erkin Nuriddinovun Dostluq Cəmiyyətinin icraçı direktoru kimi ikitərəfli əməkdaşlığa verdiyi töhfələrdən danışıb. O Nizami Gəncəvinin irsinin Özbəkistanda geniş təbliği işində Erkin Nuriddinovun xidmətlərini qeyd edərək, 44 günlük Vətən müharibəsi günlərində və ondan əvvəlki dövrdə Erkin Nuriddinov Özbəkistan mətbuatında Azərbaycan torpaqlarının işğalını, Ermənistanın Azərbaycana təcavüzünü pisləyən material və bəyanatlarla çıxışını yüksək qiymətləndirib.

Sonra Samir Abbasov Erkin Nuriddinova səfirliyin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomunu təqdim edib.

Tədbir çərçivəsində tarixçi alim, professor Erkin Nuriddinov haqqında sənədli film nümayiş etdirilib.

Erkin Nuriddinov gələcək elmi fəaliyyətindən, Azərbaycan Mədəniyyət Mərkəzinin ilə əməkdaşlıqdan, müxtəlif birgə tədbirlərin keçirilməsindən danışıb, xoş sözlərə görə çıxış edənlərə minnətdarlığını bildirib.

MMXÖDƏK sədrinin müavini Valeri Tan, professor Bəxtiyar Xasanov və başqaları Erkin Nuriddinovu alim və dost kimi xarakterizə ediblər.

21.12.2021

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası