Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova adına təsis edilmiş xüsusi mükafatın qalibi müəyyən olunmuşdur.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2021-ci il üzrə elan olunan Özbəkistanda Azərbaycana dair keçirilən “İlin ən yaxşıları” müsabiqəsi”nə yekun vurulub.

Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata verilən məlumata görə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin Mədəniyyət Komitəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə cari ilin dekabr ayında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın anadan olmasının 60-cı ildönümü münasibəti ilə keçirilən onlayn konfransın nəticəsinə əsasən Mərkəz Özbəkistanda jurnalistika sahəsində Salatın Əsgərova adına xüsusi mükafat təsis etmişdir.

Özbəkistanda Azərbaycana dair keçirilən “İlin ən yaxşıları” müsabiqəsi”nin Təşkilat Komitəsi «Azərbaycanın ilk şəhid qadın jurnalist Salatın Əsgərova adına təsis edilmiş xüsusi mükafat»a Özbəkistanın “xabar.uz” xəbər portalının tanınmış gənc jurnalisti Sobırjon Yakubovu layiq görmüşdür.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təsis edilən şəhid qadın jurnalist Salatın Əsgərova adına Özbəkistanda elan olunan mükafatının əsas kriteriyası Azərbaycanın haqq işi, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələri, milli mədəniyyətimizə dair hər il çoxsaylı, yaradıcı və obyektiv məqalələr yayımlayan bir jurnalistə təqdim edilməsi nəzərdə tutulub.

“Salatın Əsgərova adına xüsusi mükafat”da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri Diplomu və pul mükafatı daxil edilib.

Azərbaycan Mədəniyyət Mərkəzi mükafata layiq görülən jurnalist Sobırjon Yakubovun Azərbaycana dair hazırladığı məqalələrin bir qismini İnternetdə paylaşmışdır.

1. xabar.uz

2. ziyouz.uz

3. xabar.uz

4. xabar.uz

5. xabar.uz

6. xabar.uz

7. xabar.uz

8. xabar.uz

9. xabar.uz

10. ziyouz.uz

11. xabar.uz

12. xabar.uz

Bir müddət öncə isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mütəxəssisləri tərəfindən Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin şəhid olan qadın jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə istifadəyə verilmişdir. Bölmə ilə bu link vasitəsi ilə tanış olmaq mümkündür.

23.12.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası