Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycana dair keçirilən “İlin ən yaxşıları” müsabiqəsinə yekun vurulub və mükafatlandırma mərasimi keçirilib.


Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2021-ci il üzrə elan olunan Özbəkistanda Azərbaycana dair keçirilən “İlin ən yaxşıları” müsabiqəsinə yekun vurulub.

Bununla bağlı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasim 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramına həsr olunub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, təhsil sahəsinin nümayəndələri, yerli azərbaycanlılar, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

İlk öncə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 2021-ci ilin iki ölkə arasında mədəniyyət sahəsində uğurlu və məhsuldar olduğunu qeyd edərək il ərzində həyata keçirilən işlər və layihələr barədə məlumat verib. Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın “Turon” kitabxanasında “Qarabağ” Mərkəzi, Nukus Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradıldığını vurğulayıb. Diplomat Özbəkistanın “Turon” kitabxanası ilə Şuşa rayon Mərkəzi Kitabxanası arasında memorandumun imzalandığını, Qaraqalpaqıstan və Xarəzm vilayətlərində Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini, Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində “Azərbaycan Kino Günləri”nin təşkil edildiyini, Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri tədbirlərinin, habelə çoxsaylı beynəlxalq konfranslar, təqdimatlar, konsert proqramları, sərgilər, nəşr layihələrinin həyata keçirildiyini qeyd edib. İl ərzində 30-a yaxın Özbəkistan alimi, jurnalisti və blogerlərinin Azərbaycana səfərinin təşkil olunduğunu qeyd edən Samir Abbasov iki dəfə Özbək jurnalistlərinin işğaldan azad edilmiş Qarabağa mediaturlarının təşkil edildiyini bildirib.

Tədbirdə təbrik sözü ilə çıxış edən Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov ötən ilin uğurlarına toxunaraq, Nizami Gəncəvi və Əlişir Nəvainin yubileyləri münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə mühüm layihələrin həyata keçirildiyini söyləyib. O, tarixdə ilk dəfə olaraq Nizami Gəncəvinin “Xəmsə”sinin Özbək dilinə, Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcümə olunduğunu qeyd edib. Professor Erkin Nuriddinov iki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsi istiqamətində səylə çalışan bütün xadimlərə, habelə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək jurnalistlərinin Azərbaycanın işğaldan azad olunan bölgələrinə təşkil olunmuş Mediaturun nəticəsində hazırlanmış “Vətən müharibəsi: Dəmir yumruq” adlı sənədli film iştirakçılara təqdim olunub. Daha sonra 2021-ci il üzrə “İlin ən yaxşıları” müsabiqəsi”nin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

“Özbək mətbuatında “Azərbaycan haqqında ən çox materiallar dərc edən ilin tanınmış jurnalistləri” nominasiyası üzrə Özbəkistanın “darakchi.uz” xəbər portalının jurnalisti Sardorbek Raxmankulov, “xabar.uz” portalının jurnalisti Zafarjon Kosımov, "human.uz" xəbər saytının jurnalisti Muslımcon Mırzaconov layiq görülüb.

“Şuşa – Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzusunda ilin ən maraqlı məqalələrini dərc edən saytlar” nominasiyası üzrə Özbəkistanın “uza.uz”, “interpress.uz”, “ishonch.uz” və “tnews.uz” xəbər portalları mükafata layiq görülüblər.

“Türk dövlətləri arasında dostluq və həmrəyliyi geniş təbliğ edən ilin ən fəal jurnalistləri” nominasiyası üzrə Özbəkistanın «interpress.uz» xəbər portalının jurnalisti Dılshod Islomov, Qırğızıstanda fəaliyyət göstərən tanınmış azərbaycanlı jurnalist Ramiz Məşədihəsənliyə xüsusi mükafat təqdim olunub.

2021-ci ilin ən yaxşı tərcümə əsərləri nominasiyasına görə Nizami Gəncəvinin “Xəmsə” əsərinin Özbək dilinə tərcüməsini həyata keçirən Özbəkistanın xalq şairi Camal Kamal və Əlişir Nəvainin “Xəmsə” əsərini Azərbaycan dilinə tərcümə edən azərbaycanlı professor Ramiz Əskər xüsusi mükafata layiq görülüblər.

“Dostluq əlaqələrimizi təbliğ edən ilin ən fəal mədəniyyət, elm xadimi” nominasiyası üzrə Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid, Özbəkistan Milli Universitetinin kafedra müdiri, professor Niginaxon Şermuxamedova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Türkel" Fondunun prezidenti, jurnalist Hökümə Xəlilova mükafatlandırılıblar.

“Azərbaycan və Özbəkistan telekanallarında iki ölkə dostluğunu, iki ölkə əməkdaşlığını geniş işıqlandıran jurnalistlər” nominasiyası üzrə Azərbaycanın Real Tv-nin telekanalın aparıcı Xatirə Məmmədova, Özbəkistanın “Madaniyat va ma'rifat” telekanalın jurnalisti Nurulla Narzullaev xüsusi mükafata layiq görülüblər.

“İl ərzində Azərbaycan-Özbəkistan dostluğunu, əməkdaşlığını ən geniş təbliğ edən azərbaycanlı jurnalistlər” nominasiyası üzrə isə AzərTac-ın Mərkəzi Asiya, Özbəkistan üzrə xüsusi müxbiri Qulu Kazımov, “moderator.az” xəbər saytının jurnalisti Seymur Əliyev, “müsavat.az” xəbər saytının jurnalisti Xalid Kazımlı və “redaktor.az” xəbər saytının jurnalisti Aqil Aslan qalib olaraq elan olunublar.

“Azərbaycan mədəniyyətinə dair ilin ən yaxşı televiziya verilişi” nominasiyası üzrə də qaliblər müəyyənləşib: Özbəkistanın “BİZtv” internet kanalının jurnalisti Calaladdin Mirzayev və Azərbaycanın “Real Vətən” layihəsi, televiziya verilişinin rəhbəri və aparıcısı Siyavuş Hüseynli xüsusi mükafata layiq görülüblər.

Daha sonra tədbir bədii proqramla davam etmiş, Özbəkistanın tanınmış sənətçiləri, Azərbaycan musiqiləri ifa etmiş, “Kaykəb Əliyeva adına Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizi icra ediblər.

25.12.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası