XƏBƏRLƏR 2021
Azərbaycan Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edib
Azərbaycan xalqı özünün tarixi-mədəni irsi, folkloru, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mədəniyyətimiz xalqımızın minilliklər boyu yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərləri özündə ehtiva edir.
Azərbaycan Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edir:
• Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması
• Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi
• Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı
• Mədəni irsin qorunması, bərpası və inkişafı
• Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası
• “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi
• Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi
• Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi
• Covid-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi
11.02.2021