Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib.


adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-in, “NƏFƏS” İB-in dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının texniki dəstəyi ilə keçirilib.

Tədbirin aparıcısı, Mili Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı konfransın əhəmiyyətindən danışıb. O, onlayn konfransda türk ölkə və topluluqlarından olan yazarların, aydınların da iştirak etdiyini vurğulayaraq, Xalq yazıçısının yaradıcılığında, ictimai fəaliyyətində dünya azərbaycanlıları ilə yanaşı, türk dünyasının da özəl yeri olduğunu bildirib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə geniş çıxış edib, Xalq yazıçısı ilə unudulmaz görüşlərindən söz açıb, xatirələrini bölüşüb:

Qənirə Paşayeva deyib ki, onun ömrü çətinliklər, sınaqlar və təlatümlərlə keçsə də, amma heç zaman qürurunu, mətanətini sındırmamışdı. Bütün çətinliklər qarşısında təmkinlə, vüqarla dayanıb məğrurluğunu qoruya bilmiş, mübarizəsini davam etdirərək xalqı üçün qiymətli bir ədəbi irs qoymuşdur. Bu zəngin ədəbi irsin hər bir səhifəsi isə Vətənin milli-tarixi taleyi, mənəvi-əxlaqi dəyərləri, çoxəsrlik ulu mədəniyyəti ilə bağlıdır. Buna görə də həmin əsərlər Azərbaycanın bugünkü və gələcək nəsilləri üçün çox dəyərli milli-mənəvi mirasdır. Ədibin Seyid Əzim Şirvani haqqında “Aləmdə səsim var mənim”, Şah İsmayıl Xətai mübarizəsinə həsr etdiyi “Bakı – 1501” və b. romanlarını, o cümlədən, rəngarəng mövzularda yazdığı hekayələrini hələ illər öncə böyük maraqla oxumuşdum. Amma etiraf edim, onun ən sevdiyim əsərlərindən biri “Anamın nağılları” idi. Qənirə Paşayeva deyib: “44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin qürurunu yaşadığımız bir dövrdə Əzizə xanımın 100 iliyini qeyd etməyin ayrı bir şövqü var. Əminik ki, onun ruhu da bu Zəfərə bizim qədər sevinir. Çünki gələcək nəsillər üçün sakit, dinc, müstəqil bir Vətən, xoşbəxtlik, istiqbal onun həyatda ən böyük arzusu idi”.

Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu Xalq yazıçısı ilə görüşlərindən, onun yaradıcılığından əxz elədiyi sözlərdən danışıb, fikir və mülahizələrini söyləyib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov min illik tarixə malik olan Azərbaycan ədəbiyyatında ilk qadın sənətkarlar 800 il bundan əvvəl tarix və ədəbiyyat səhnəsinə çıxdıqlarını, böyük Azərbaycan şairi M.Gəncəvinin adı ilə bağlı olan bu ədəbi hərəkatın davamçıları sırasında, nəsr sahəsində bu ənənələri uğurla davam və inkişaf etdirən ədiblərdən biri də Əzizə Cəfərzadənin olduğunu qeyd edib.

Samir Abbasov tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin əsərlərinin Özbək dilinə tərcüməsi, “Vikipediya” açıq ensiklopediyasının Özbək və başqa seqmentlərində “Əzizə Cəfərzadə səhifəsi”nin yaradılmasının Mərkəz tərəfindən həyata keçiriləcəyini bildirib.

Tədbirdə Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qayrat Məcid, şairə-tərcüməçilər Xosiyat Rustam, Şaxlo Qasımova iştirak və çıxış etmişlər.

Digər çıxışlarda Əzizə Cəfərzadənin çoxşaxəli ədəbi, elmi, ictimai fəaliyyətindən, unudulmaz xidmətlərindən, xeyirxahlığından söz açılıb, onun əsərlərinin türk ölkə və topluluqlarında yayılması, əsərlərinin xarici dillərə tərcüməsi və s. təkliflərlə çıxış ediblər.

Vurğulanıb ki, Əzizə Cəfərzadə ədəbiyyata, elmə, doğma xalqına təmənnasız xidmət edib. O, həmçinin gənc kadrların yetişməsinə öz töhfəsini verib.

Əzizə Cəfərzadənin varisi Turan İbrahimov videogörüntü vasitəsilə Xalq yazıçısının evindəki əşyalarını, zəngin kitabxanasını, onun yaradıcılığına dair yeni nəşrləri nümayiş etdirib, ürək sözlərini bölüşüb. T.İbrahimov təşkilatçılara, çıxışlara, bütün iştirakçılara ailə adından təşəkkürlərini çatdırıb.

30.12.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası