Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

    122
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Nizami Gəncəvi ili”nin rəsmi açılışı keçirilib.


2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə dahi şairə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi və layihələrin icrası nəzərdə tutulmuşdur.

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Özbəkistanda “Nizami Gəncəvi ili”nin açılış mərasimində ölkənin elm, təhsil, mədəniyyət xadimləri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin müəllim və tələbə heyəti, aparıcı universitetlərin mütəxəssisləri, Özbəkistan Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi, Dostluq Cəmiyyətinin rəhbərliyi, tərcüməçi-alimlər iştirak etmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində Nizami Gəncəvi ilinə həsr olunmuş xüsusi sərgi və kompozisiyanın açılış lenti kəsildikdən sonra, tədbir iştirakçıları dahi şairə həsr olunmuş sərgilərlə tanış olmuşlar, Nizaminin yeddi gözəl əsərindən personajlar, habelə şairin Mədəniyyət Mərkəzinin layihəsi ilə yenicə Özbək dilində çapdan çıxmış əsərləri təqdim edilmişdir. Mərkəzin rəsm dərnəyinin şagirdlərinin rəsmləri, Nizaminin hikmətli sözlərindən ibarət sərgi və miniatürlərin yaradılması üzrə master-klaslar keçirilmişdir.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələrinin dahi Nizami Gəncəvinin əsərlərindən hazırladıqları bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilib.

Özbəkistanda “Nizami Gəncəvi ili” ilinin açılış mərasimində giriş sözü ilə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ildə “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Özbəkistanda da çoxsaylı tədbirlər və layihələrin reallaşdırılacağını qeyd edib. O, Özbəkistan mətbuatı arasında Azərbaycan haqqında elan olunan müsabiqənin bir əsas nominasiyasının “Nizami Gəncəvi – Azərbaycan və dünya poeziyasının dahisidir” mövzusu üzrə elan edildiyini, il ərzində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda türk dünyasının Nizamişünas alimlərin iştirakı ilə Daşkənddə beynəlxalq elmi konfransın, mərkəzi sərgi salonunda Nizaminin əsərlərindən ibarət Özbəkistan, Azərbaycan və Türkiyədə saxlanılan miniatürlərin surətlərinin sərgisinin keçiriləcəyini bildirib.

Diplomat Nizami Gəncəvinin irsinin dünyada geniş təbliğ edildiyini, dahi şairin Ulu öndər Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə 840 illik yubileyinin, daha sonra Prezident İlham Əliyev göstərişi ilə 2011-ci ildə ədibin 870 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Samir Abbasov Nizami Gəncəvi yaradıcılığı, Nizami və Nəvai arasında ədəbi bağlılıq, dahi şairlərin dünya mədəniyyətinə verdiyi töhvələr barədə məruzə edib.

Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin professoru Erkin Nuriddinov 2021-ci ilin Azərbaycan və Özbək xalqları üçün əlamətdar olduğunu, Nizami Gəncəvinin 880 illik, Əlişir Nəvainin 580 illik yubileylərinin geniş qeyd olunduğunu söyləyib. O, hər iki şəxsiyyətin Türk dünyasının iftixarı olduğunu, onların yaradıcılıqlarının gələcək nəsillərin daha çox öyrənmələrinin vacib olduğunu bildirib. E. Nuriddinov Nizami Gəncəvi şəxsiyyətinin özündən sonrakı şairlərinin yaradıcılığına, Azərbaycan-Özbəkistan dostluğuna təsiri barədə məruzə edib.

Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmisi, müşavir Elnur Əliyev tədbirə videomüraciətlə qatılaraq nazir Anar Kərimovun tədbir iştirakçılarına salamlarını çatdırmış, Özbəkistanla əlaqələrə mühüm əhəmiyyət verildiyini, qardaş xalqların tarixi yaxınlığından danışaraq, Nizami Gəncəvinin bütün Türk dünyasının şairi olduğunu qeyd edib.

Elnur Əliyev Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildə başlanmış Nizami Gəncəvinin “Xəmsə”sinin Özbək dilinə çevrilməsini tarixi hadisə adlandırmış və yüksək qiymətləndirmişdir. Tədbirin işinə uğurlar arzu edən nazirlik rəsmisi Nizami Gəncəvinin irsinin bütün Türk və İslam dünyası üçün əhəmiyyətli olduğunu və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracağını qeyd edib.

Çıxış edən Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid, Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dilçilik, Folklor İnstitutunun direktoru, professor Nizaməddin Maxmudov, Biruni adına Daşkənd Şərqşünaslıq Universitetinin dosenti Atxanbek Olimbekov Nizami əsərlərinin dəfələrlə Özbək dilinə çevrilməsi cəhdinin olduğunu, lakin şairin bütöv irsinin davamlı olaraq Özbək dilinə çevrilməsi və nəşri işinin məhz, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən həyata keçirildiyini qeyd ediblər. Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda böyük maraq olduğunu, Daşkənddə dahi şairin büstünün, onun adını daşıyan Pedaqoji Universitetin fəaliyyət göstərdiyini vurğulayıblar.

Azərbaycanlı türkoloq alim, professor Ramiz Əskər videomüraciətlə tədbirə qoşularaq Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılıqları, onların ədəbiyyatımıza gətirdiyi töhvələrdən söhbət açıb. O, Şərq dünyasında şeir, poema janrına yeni bir üslub gətirən Nizaminin “Xəmsə”sinin təkrarsız olduğunu, xalqımızın Nizami kimi böyük şəxsiyyətə malik olmasını onun xoşbəxtliyi kimi səciyələndirib.

Daha sonra Nizami Gəncəvi ili ilə bağlı hazırlanmış videomaterial nümayiş etdirilib. Video-materialda ulu öndər Heydər Əliyevin dahi şairə həsr olunmuş tədbirlərdə iştirakı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse prezidenti Mehriban Əliyevanın Nizami Gəncəvinin dünyanın aparıcı şəhərlərində heykəllərinin açılışı mərasimlərində iştirakı, Nizami Gəncəvi ili ilə bağlı planlaşdırılan tədbirlər öz əksini tapıb. Özbəkistanın tanınmış makom ustası, deosent Davron Kadırov Nizaminin əsərlərindən ibarət çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

17.02.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası