Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

    122
  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Mədəniyyət nazirinin köməkçisi Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdi və əməkdaşlığın genişlənməsinə dair müzakirələr aparıldı.


Özbəkistan Mədəniyyət nazirinin köməkçisi Marufjon Yuldaşev Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla görüş keçirilmişdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun dəvəti ilə baş tutan görüşdə bir sıra maraqlı müzakirələr aparılmış, əməkdaşlığın daha da genişlənməsinə dair təkliflərin hazırlanması, yekun mərhələdə isə tədbir və layihələrin reallaşdırılması məqsədi ilə yaxın günlərdə Özbəkistanın mədəniyyət naziri ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru arasında görüşün keçirilməsi razılaşdırılmışdır.

Qonağı salamlayan Mərkəz direktoru S. Abbasov iki xalq arasında tarixi dostluq, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, mədəniyyət sahəsində əməkdaşlıq haqqında danışaraq, ötən ilin Azərbaycan üçün olduqca əhəmiyyətli və tarixi hadisələrlə yadda qalan olduğunu qeyd edib. S. Abbasov Azərbaycanın 44 günlük Vətən müharibəsi apardığını, 30 ilə yaxındır ki, işğal altında torpaqlarını, yurd yerlərini azad etdiyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, Azərbaycan ordusunun rəşadəti nəticəsində şəhər və kəndlərimiz düşməndən azad olunub. Diplomat, işğal nəticəsində bütöv şəhərlərin yer üzündən silindiyini, tarixi abidələr, mədəni irsimiz, dini ocaqlarımız erməni vandalları tərəfindən tamamilə dağıdıldığını vurğulayıb. O, Azərbaycan mədəniyyətinin paytaxtı, Qafqazın konservatoriyası olan Şuşa şəhəri, onun dünya mədəniyyətinə, sənətinə verdiyi töhvələr barədə danışıb, ölkə başçısının göstərişi və birbaşa rəhbərliyi ilə Şuşanın tamamilə bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, habelə bütün azad olunmuş bölgələrdə geniş quruculuq işlərinə start verildiyini qeyd edib.

Samir Abbasov bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edildiyini və il ərzində Özbəkistanda Azərbaycan Səfirliyi bə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən dahi şairlərimiz, söz ustadlarımız Nizami Gəncəvinin 880 illiyi, habelə Əlişir Nəvainin 580 illik yubileyi münasibəti ilə çoxsaylı layihələrin həyata keçiriləcəyini bildirib.

Özbəkistan Mədəniyyət nazirinin köməkçisi Marufjon Yuldaşev Azərbaycan Mədəniyyət Mərkəzinin aktiv fəaliyyətini xüsusi qeyd edib, ötən dövrlərdə iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı məqsədi ilə çoxsaylı layihələrin həyata keçirildiyini söyləyib. O, xarici ölkələrin təmsilçiləri arasında Azərbaycan Mədəniyyət Mərkəzinin ilk dəfə olaraq Özbəkistanın paytaxtı ilə yanaşı, regionlarında - Səmərqənd, Xivə, Urgənc, Fərqanə, Namanqan, Gülüstan şəhərlərində mədəniyyət və ədəbiyyat günlərinin keçirildiyini, Azərbaycanın İsmayıllı, Özbəkistanın Fərqanə Vilayətinin Riştan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” müqaviləsinin imzalandığını qeyd edib. M. Yuldaşev Özbəkistan Mədəniyyət Nazirliyinin bu il ərzində də birgə mədəni layihələrin həyata keçirilməsi, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və yaxın günlərdə qeyd olunan məsələlərin müzakirəsi məqsədi ilə nazir Ozodbek Nazarbekovla görüşün keçirilməsini təklif edib.

Samir Abbasov bu il ərzində Özbəkistanın Buxara Vilayəti və Karakalpaqstan Respublikasında Azərbaycan mədəniyyət və ədəbiyyat günlərinin keçirilməsinin planlaşdırıldığını, iki ölkənin şəhərləri və mədəniyyət ocaqları arasında əməkdaşlıq əlaqələrinin və “qardaşlaşmış şəhərlər, müəssisələr” haqqında müqavilələrin imzalanması, Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində yenidənqurmadan sonra “Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılması”, Azərbaycanda keçiriləcək “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalı və “Vaqif Poeziya günləri”ndə Özbək sənətçilərin, Özbəkistanda keçiriləcək “Şərq təranələri”, “Şəhri–səbz” beynəlxalq Makom festivallarında Azərbaycan sənətçilərinin geniş iştirakı, habelə Nizami Gəncəvi, Əlişir Nəvaiyə dair Özbəkistan, Azərbaycan və Türkiyədə saxlanılan əlyazmaların, miniaturların surətlərinin Daşkənddə geniş təqdimatının keçirilməsi və s. barədə təkliflərin olduğunu və bu məsələlərin Özbəkistan mədəniyyət naziri ilə keçiriləcək görüşdə müzakirə ediləcəyini bildirib. O, görüş barədə və gələcək planların hazırlanması istiqamətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini, Azərbaycanın Özbəkistandakı Səfirliyinin məlumatlandıracağını və bu kimi görüşlərin tərəflər üçün faydalı olacağına inandığını bildirib.

Daha sonra Samir Abbasov Marufjon Yuldaşevla birgə Mərkəzin Heydər Əliyev və Azərbaycan tarixi muzeyini ziyarət ediblər, qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımız qarşısında xidmətləri barədə, müstəqil Azərbaycanın keçdiyi tarixi yol, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərə dair eksponatları təqdim edərək məlumat verib. Onlar “Nizami Gəncəvi ili” ilə əlaqədar Mərkəzin foyesində hazırlanmış kompozisiya və sərgi ilə tanış olublar.

Sonda Samir Abbasov 2 ilə yaxındır ki, Azərbaycan Mədəniyyət Mərkəzində yenidənqurma işləri həyata keçirilən, yeni eksponatlarla zənginləşdirilən və yaxın zamanlarda açılışı nəzərdə tutulmuş “Azərbaycan-Özbəkistan, Dostluq Muzeyi”ni qonağa təqdim edib. Birgə olaraq dostluq və əməkdaşlığımıza dair eksponat və guşələrin muzeydə yaradılmasına dair fikir mübadiləsi aparılıb.

21.02.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası