Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

    122
  • bg1
  • bg2
  • bg3
2 1 2 3
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistan İslam Müftiliyi ilə birgə “Xocalı soyqırımında ölən insanlıq” adlı anım tədbiri keçiriləcək və ehsan veriləcəkdir.


Özbəkistandakı Azərbaycan Səfirliyi, onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan İslam Müftiliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcəkdir.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində soyqırım qurbanlarına həsr olunmuş sərgi – kompozisiya, soyqırım dəhşətlərini, erməni vandallarının həyata keçirdiyi cinayətlər, habelə bu barədə dünyanın aparıcı xəbər agentlikləri, tanınmış şəxslərin fikirlərini əks etdirən xüsusi videomaterial nümayiş etdiriləcəkdir.

Foyedə iştirakçılara “Ana harayı” maketinin qarşısında güllərdən hazırlanmış “Ədalət naminə Xocalı soyqırımını tanıyaq” yazı kompozisiyası təqdim ediləcək, soyqırımda öldürülmüş günahsız, dinc sakinlərin əziz xatirəsinə şamlar yandırılacaqdır.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış videomaterialda münaqişənin başlanması, Ermənistanın Azərbaycan torpaqlarının işğalı, şəhər və kəndlərimizin, mədəni, dini abidələrimizin barbarcasına dağıdılması, məhv edilməsi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusunun apardığı zəfər müharibəsi, Vətən torpaqlarının azad olunması, ziyarətgahlar, məscidlər, dini və mədəni abidələrin azad edilməsi və onların hazırkı vəziyyəti təqdim olunacaqdır.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, habelə Özbəkistanın İslam Müftiliyinin rəhbərinin çıxışı planlaşdırılır.

Qeyd edək ki, rəsmi çıxışlar və filmin nümayişindən sonra Azərbaycan Mədəniyyət Mərkəzinin banket və ziyafətlər zalında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə Özbəkistan İslam Müftiliyi tərəfindən quran və dualar oxunacaq və Azərbaycan dövləti adından ehsan veriləcəkdir.

23.02.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası