Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 1866-->
html5 slider by WOWSlider.com v8.8

Daşkənddəki Beynəlxalq Britaniya məktəbində “Xalqların adət-ənənələri və milli mətbəxi” adlı xeyriyyə festivalı keçirilib.


Festivalda ABŞ, Böyük Britaniya, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya, Tacikistan və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Açılış mərasimində çıxış edənlər festivalın əhəmiyyətindən danışıb, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmini vurğulayıb.

Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı Mədəniyyət Mərkəzinin Daşkənddə özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib.

Bu il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı guşədə böyük şairin portreti və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin özbək dilində çap etdirdiyi “Xəmsə” kitabları da yer alıb.

Festivalda Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların böyük marağına səbəb olub. Azərbaycanın və Bakının mənzərələri, milli musiqi və məişət əşyalarımız, eləcə də Mədəniyyət Mərkəzin naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb. Azərbaycan otağında ölkəmizin tarixi, mədəniyyəti, turizmi və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərə dair videomaterial nümayiş etdirilib.

Festivalın konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Onların “Şuşanın dağları”, “Qafqaz rəqsi” iştirakçıların maraq və alqışları ilə qarşılanıb.

Digər salonlarda da xalqların milli mədəniyyəti, mətbəxi nümayiş etdirilib və satışı təşkil edilib. Rəsm, əl işlərinə dair müxtəlif guşələrdə master-klaslar təşkil edilib.

Azərbaycan guşəsində 3 növ plov, dolma, qutab, həmçinin şəkərbura, paxlava və digər şirniyyatlarımızın satışı həyata keçirilib. Milli mətbəximizə dair stendi Daşkənddəki “Yeməli” adlı restoran təşkil edib. Bildirilib ki, satışdan əldə olunan vəsait uşaq evlərinin fonduna köçürüləcək.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda minlərlə şagirdin təhsil aldığı, dünyanın aparıcı ingilisdilli təhsil ocağı olan Britaniya məktəbində xalqımızın milli mədəniyyətinin və mətbəxinin təbliğinin xüsusi əhəmiyyəti olduğunu, festival çərçivəsində bir sıra maraqlı çıxışların təqdim edildiyini qeyd edib.

Diplomat bu cür festivallarda iştirak etməklə Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizin tarixi, mədəniyyəti, turizmi və mətbəxinin tanıtım layihələrini həyata keçirdiyini söyləyib. S. Abbasov Daşkənddəki bir sıra aparıcı məktəblərə Azərbaycana dair nəşrlər hədiyyə olunduğunu və yaxın zamanlarda Britaniya məktəbinə də ölkəmizə dair nəşrlərin hədiyyə olunacağını vurğulayıb.

01.03.2021

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası