Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Madaniyat va ma'rifat” telekanalında Azərbaycan-Özbəkistan dostluğuna dair “Oltin ko'prik: Qızıl körpü” sənədli filmi nümayiş etdirilib.


Özbəkistanın “Madaniyat va ma'rifat” telekanalında ilk dəfə olaraq “Oltin ko'prik: Qızıl körpü” adlı sənədli film nümayiş etdirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Oltin ko'prik: Qızıl körpü” adlı sənədli film lentə alınıb. Filmin çəkilişləri Özbəkistan Dövlət Film Fondunun dəstəyi ilə Daşkənddəki “First Art Media” şirkəti tərəfindən həyata keçirilib.

Ekran əsərində iki qardaş ölkə arasındakı tarixi əlaqələr, dostluq münasibətləri, eyni soykök, mədəniyyət, adət və ənənələrə malik xalqlarımız arasında mədəni-ədəbi əlaqələr və bu istiqamətdə həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verilir. Filmdə Azərbaycan Mədəniyyət Mərkəzinin ötən illərdə bu günə qədər keçdiyi yol, reallaşdırılan layihələr, keçirilən çoxsaylı tədbirlər və iki ölkə arasında humanitar sahədə əməkdaşlığın inkişafına verdiyi töhvələr geniş işıqlandırılıb.

Sənədli filmdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, Özbəkistan Dövlət Xalq çalğı alətləri Ansamblının bədii rəhbəri, professor Firuzə Abduraximova müsahibə verərək Azərbaycan-Özbəkistan mədəni əlaqələri, qardaş ölkədə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə müxtəlif mədəniyyət və təhsil mərkəzlərində Azərbaycan ocaqlarının açılması, Azərbaycan mədəniyyət və ədəbiyyatı günlərinin keçirilməsi, ölkəmizə dair Özbək dilində çoxsaylı nəşrlərin Daşkənddə işıq üzü görməsi, dostluq konsertləri, konfranslar, seminarlar, təqdimat layihələri, yubileylər, Özbək jurnalistlərin Azərbaycana mediaturların təşkili öz əksini tapmışdır.

Qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini, onun Sovet dövründə Özbəkistan SSR rəhbəri Şərəf Rəşidovla, müstəqillikdən sonra isə ulu öndərin Özbəkistanın 1-ci prezidenti İslam Kərimovla dostluq münasibətləri, iki ölkə arasında əməkdaşlığın inkişafında xüsusi xidmətləri sadalanır.

Filmdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müsahibədə Azərbaycanın zəngin mədəniyyətinin, qədim tarixinin təbliğinin olduqca maraqlı və şərəfli iş olduğunu vurğulayaraq rəhbərlik etdiyi Mərkəzin Özbəkistanda yaşayan soydaşlarımız, yerli azərbaycanlılar üçün də müqəddəs bir ocaq olduğunu qeyd edib. O, Mərkəzin binasının açılışında çıxış edən Prezident İlham Əliyevdən sitat gətirib: “Bu mərkəz, əslində, Azərbaycan-Özbəkistan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Azərbaycan-Özbəkistan dostluq muzeyi də fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir.”

Sənədli filmin sonunda Özbəkistanın tanınmış şairi Arif Toxtaş “Bir ailə fərzəndidir” (övladıdır) azəri-özbəklər şeiri səsləndirilir və bir daha tarixi dostluğa ekskursiya edilir.

Filmin tam versiyasını buradan izləmək mümkündür.

30.03.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası