Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Nizami Gəncəviyə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı xeyriyyə tədbiri keçirilib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənddəki 21, 22, 23 və ölkənin Gülüstan şəhərindəki 30 nömrəli uşaq evlərinin 200-dən artıq şagird və müəllimi iştirak edib. Tədbirdə iştirak edən şagirdlər əsasən valideyin himayəsindən məhrum olmuş, habelə fiziki qüsurlu uşaqlardan ibarət olub.

Əvvəlcə iştirakçılar üçün Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyinə ekskursiya təşkil edilib, Mərkəzin foyesində dahi Nizami Gəncəviyə həsr olunmuş kitab və foto sərgilərlə tanış olublar. Sərgidə əsasən Nizami Gəncəvi şəxsiyyəti, onun yaradıcılığı, şairin hikmətli sözləri, habelə ölkəmizə dair maraqlı kitablar nümayiş etdirilib.

Daha sonra Mərkəzin konfrans zalında giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, uşaqların elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində gördüyü işlərdən danışıb. Diplomat dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyi və “Nizami Gəncəvi ili” ilə əlaqədar keçirilən tədbirlər, Nizami Gəncəvinin Azərbaycan və Türk dünyasının böyük şairi kimi yaradıcılığına nəzər salıb.

Daşkənd şəhərindəki 30 saylı İnternat evinin direktoru Pakizə Əhmədcanova Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib, əsl dost layihəsi ilə dahi Nizami Gəncəvinin yaradıcılığı, onun əsərləri haqqında uşaqların geniş məlumat əldə etdiyini qeyd edib. O, Azərbaycanla dostluq əlaqələri haqqında danışaraq, dövlətlərimiz arasında daim yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edib. Pakizə Əhmədcanova tədbirin təşkilatçılarına xüsusi fəxri diplomlar təqdim edib.

Daha sonra Nizami Gəncəviyə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Filmdə dahi Nizaminin keçdiyi həyat yolu, dünya şöhrətli şairin yaradıcılığı öz əksini tapmışdır.

Tədbirdə Özbəkistanın tanınmış müğənniləri Azərbaycan və özbək dillərində musiqilər ifa etmiş, uşaq evlərinin musiqi kollektivləri özbək və dünya xalqlarının mahnı və rəqslərini, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi təqdim ediblər.
Sonda uşaqlar nahar süfrəsinə dəvət olunub, onlar milli təamlara qonaq ediliblər.

12.04.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası