Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Türkiyə Respublikasının Özbəkistandakı Səfirliyində mədəniyyət, mətbuat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Alparslan Akıncı və mətbuat məsələləri üzrə attaşesi Mustafa Avcı ilə görüş keçirilmişdir. Türkiyə Səfirliyində keçirilən görüş faydalı olmuş, birgə layihələrin həyata keçirilməsi, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər dövlətlər arasında yüksək səviyyəli münasibətlər, xalqlarımız arasında qardaşlıq əlaqələri, Azərbaycan 44 günlük Vətən müharibəsi illərində 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edərək qələbə qazanması, Türkiyənin daim qardaş Azərbaycanın yanında olaraq ölkəmizin haqq işini dəstəkləməsi, işğaldan azad olunan ərazilərdə Azərbaycan tərəfinin apardığı yenidənqurma və bərpa işləri və s. məsələlər xüsusi qeyd olunub.

Diplomatlar Özbəkistanda keçiriləcək mədəniyyət tədbirləri, təhsil sahəsində, xüsusi ilə Özbək mətbuatı ilə əməkdaşlıq, milli mədəniyyətimizin, turizm ehtiyatlarının təbliği, Türk Şurası ölkələri arasında mətbuat sahəsində əməkdaşlığı müzakirə ediblər.

Türkiyə diplomatik nümayəndəliyi tərəfindən Samir Abbasova "Yukarı Karabağda 44 gündə gelen zafer: Türkiye-Azerbaycan kardaşlığının nişanesi" kitabı bağışlanıb.

27.04.2021

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası