Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı mərasim keçirilib.


Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı mərasim keçirilib.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.

Əvvəlcə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki abidəsi önünə əklillər və çiçək dəstələri qoyublar. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan kitab və fotolardan ibarət sərgi tədbir iştirakçılarında maraq doğurub.

Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar haqqında da söhbət açıb, 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsindən, torpaqlarımızın azad olunmasından danışıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov ölkələrimiz arasında əlaqələrin bu səviyyəyə çatmasında Heydər Əliyevin xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb. O, Heydər Əliyevin qətiyyətli siyasətçi, yüksək liderlik keyfiyyətlərinə, güclü energetika və auraya malik şəxsiyyət olduğunu diqqətə çatdırıb.

Özbəkistan Şərqşünaslıq Universitetinin müəllimi, dosent Adxambek Alimbekov, Azərbaycan diasporunun aktiv üzvü İsmayıl Məmmədov Heydər Əliyevi dünya şöhrətli siyasətçi, fenomen biliyə malik dövlət xadimi kimi xarakterizə ediblər.
Sonra “Heydər Əliyev” sənədli filmi nümayiş olunub.

10.05.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası