Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Nizami Gəncəvi və Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olunmuş seminar təşkil edilib.


Daşkənddə “Şərqin böyük şairləri Nizami Gəncəvi və Əlişir Nəvainin həyat və yaradıcılığı: oxşar talelər” adlı beynəlxalq onlayn elmi seminar keçirilib.

Daşkənd Dövlət İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycanın və Özbəkistanın tanınmış alimləri iştirak ediblər.

Seminarı Kəmaləddin Behzad adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun dosenti Oybek Qasımov açaraq Şərqin iki dahi şairi Nizami Gəncəvi və Əlişir Nəvainin həyatı və yaradıcılığı, Şərq ədəbiyyatında bu şairlərin tutduğu yer haqqında məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Məmmədov təbrik sözü söyləyiblər.

Azərbaycan alimləri, professorlar Ramiz Əskər, Tərlan Quliyev, Mais Əmrahov, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova, həmçinin özbək alimləri Nizami Gəncəvi və Əlişir Nəvainin ölməz “Xəmsə”ləri, beşliyə daxil olan ayrı-ayrı əsərləri haqqında ətraflı söhbət açıblar.

16.06.2021

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası