XƏBƏRLƏR 2021
“Vikipediya” da özbək dilində Susuzluq kəndi yaxınlığında baş vermiş faciə haqqında yeni bölmə yaradılmışdır.
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında törədilmiş partlayış ilə bağlı özbək dilində yeni bölmə yaradılmışdır.
Bölmədə qeyd olunur ki, Kəlbəcər rayonunun ərazisi 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində regionda yaşayan 60.000 azərbaycanlı qaçqın düşmüş, 150-dən çox azərbaycanlı isə girov götürülmüşdür.
Yaradılmış bölmədə İkinci Qarabağ müharibəsinə də diqqət yetirilmişdir. Azərbaycan Silahlı Qüvvələri Kəlbəcər rayonunda Murovdağın strateji əhəmiyyətli yüksəkliklərini azad etmişlər və bu da 1992-ci ildən Azərbaycanın ən böyük hərbi uğurlarından biridir.
Qeyd olunur ki, 1992-ci ildən Azərbaycanın ən böyük hərbi uğurlarından biri olan Kəlbəcər rayonu ərazisində yerləşən strateji əhəmiyyətə sahib Murovdağ yüksəkliyini işğaldan azad etməsi, habelə 25 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsi təmin edən 3 tərəfli bəyannaməyə əsasən Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarılıb.
Azərbaycanın media nümayəndələrini Kəlbəcərin Susuzluq kəndinə aparan avtobusun hərəkət olan yolda tank əleyhinə minaya düşməsi haqqında bölməyə xüsusi diqqət yetirilmişdir.
"Zərərçəkənlər" bölməsində faciyə nəticəsində şəhid olanlar Azərbaycan Televiziyasının operatoru - Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri - Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - Arif Ağalar oğlu Əliyev və yaralılanlar Azərbaycan Televiziyasının rejissoru - Emin Məmmədov, Kəlbəcər Rayon İcra hakimiyyətinin Yanşaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı - Şöhrət Cəfərov, Susuzluq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Kamil Abdullayev haqqında məlumatlar əks olunmuşdur.
Bundan başqa, erməni vandalizminin daha bir nümunəsi ilə bağlı bəyanat vermiş Вaxili və Beynəlxalq təşkilatların siyahısı da yer alıb.
Özbək dilində yaradılmış “Susuzlug qishlogʻi yaqinida portlash” bölmə ilə bu linkdə tanış olmaq mümkündür.
17.06.2021