Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg11
  • bg12
  • bg13
1 2 3 4 5 6 7 8 9 11 12 13
html5 slider by WOWSlider.com v8.8

Ombudsman Səbinə Əliyeva Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub.


18 İyun – Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar Daşkənddə yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil olunub. Özbəkistana səfəri çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə həmin tədbirdə iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları və Özbəkistanda yaşayan soydaşlarımız da iştirak ediblər.

Tədbir başlanmazdan əvvəl Ombudsman Səbinə Əliyeva Mədəniyyət Mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsinə ehtiramını bildirib. Ombudsman mərkəzin həyətində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Şəhidlər bağı”nı ziyarət edib və şəhidlərimizin əziz xatirəsini anıb.

Ombudsman tədbirdə çıxış edərək, bu əlamətdar günün tarixi haqqında danışıb və həmvətənlərimizi təbrik edib. Səbinə Əliyeva çıxışı zamanı ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.
Daha sonra tədbir mədəni hissə ilə davam edib.

19.06.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası