XƏBƏRLƏR 2021
Özbəkistan Prezidenti azərbaycanlı diplomatı “Dostluq” ordeni ilə təltif etdi.
1 sentyabr - Özbəkistanın dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın “Addım – addım Özbəkistan” kitabı çapdan çıxıb.
Müəllif kitabın əsas hissəsinin Özbəkistana etdiyi səfərlərin təəssüratları əsasında yazdığını bildirib və nəşr qardaş ölkənin, Mərkəzi Asiyanın, Türk dünyasının qədim tarixə, zəngin mədəniyyətə malik Özbəkistan haqqında müfəssəl məlumat verən mənbədir.
Nəşrin məsləhətçisi Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Kitabın kolleksiyası Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkənin kitabxanalarına, ali məktəblərinə, habelə dövlət və hökumət rəhbərlərinə hədiyyə etmək məqsədi ilə təqdim olunub. Bu barədə razılaşma cari il 23 avqust tarixində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsində sədr Qənirə Paşayeva və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında keçirilən görüş zamanı əldə olunub.
Kitabda Özbəkistan Respublikası, ölkə üçün Türk Şurasının 7-ci zirvə görüşü ilə başlanan dönəm, Özbəkistan - Azərbaycan arasında əlaqələr, Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edən Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan mədəniyyəti, ədəbiyyatı, şəhərləri, adət-ənənələri, ölkənin turizm və dini mərkəzləri, Özbəkistanda tanınmış azərbaycanlılar, Qənirə Paşayevanın Özbəkistana səfərləri öz əksini tapmışdır. Kitabda Özbəkistanın müxtəlif regionları, möhtəşəm tarixi abidələri, şəxsiyyətləri haqqında geniş məlumatlar verilib.
Nəşrdə Azərbaycan və Özbəkistan arasında yüksək səviyyədə münasibətlər, strateji partnyorluq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Özbəkistan Respublikası prezidenti Şavkat Mirziyoyev arasında görüşlər öz əksini tapıb.
Qeyd edək ki, deputat Qənirə Paşayevanın “Addım – addım Özbəkistan” adlı kitabı Özbəkistanda böyük rezonans doğurmuş və ilk dəfə olaraq nəşr Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tərəfindən Özbəkistanın xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanovа hədiyyə edilmişdir.
27.08.2021