Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Madaniyat va Marifat” telekanalında “Oltin koprik Ozarbayjon” adlı veriliş yayımlanıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə cari ilin 26 avqust tarixində bu ölkənin “Madaniyat va Marifat” telekanalında “Oltin koprik Ozarbayjon” adlı veriliş yayımlanıb.

Dili, dini, mədəniyyəti, adət və ənənələri bir-birinə yaxın olan xalqlarımızın tarixi dostluğu, Türk dünyasının aparıcı ölkələri olan Azərbaycan və Özbəkistanın ortaq dəyərləri verilişdə geniş işıqlandırılır.

Ekran əsərində hər iki ölkənin tanınmış şəxsiyyətləri, alimləri tariximizə, ədəbiyyatımıza nəzər salınır, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babarəhim Məşrəf, Hüseyn Cavid, Qafur Qulam kimi şəxsiyyətlərin ədəbi əlaqələrimizin inkişafında xidmətlərindən söhbət açılır.

Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına Mərkəzin direktoru Gülbahar Aşurova Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi” ili elan olunması, Özbəkistanda da prezident Şavkat Mirziyoyevin Sərəncamı ilə böyük Özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması haqqında məlumat verərək bu iki şəxsiyyətin dostluq və ədəbi əlaqələrimizin başlanğıcında xidmətlərindən bəhs edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımız arasında dostluq və dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışıb. O, həm orta əsrlərdə, həm də XX əsrdə mədəni-ədəbi əlaqələr, Sovet dövründə ölkələrimizdə keçirilən ədəbiyyat-sənət dekadaları, mədəniyyət günləri, müstəqillik illərində bu istiqamətdə görülən işlər, dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlıq əlaqələrinin daha da inkişafı barədə məlumat verib.

Ekran əsərində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətova Özbəkistanla ədəbi əlaqələr və bu istiqamətdə görülən işlər haqında söhbət açıb. Verilişdə Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetində yaradılmış M.Füzuli adına Azərbaycan Mərkəzinin fəaliyyəti geniş işıqlandırılır. Mərkəzdə Azərbaycan və Özbəkistan ədəbiyyatı, ortaq dəyərlərimizə dair keçirilən tədbirlər və layihələr barədə məlumatlar öz əksini tapır.

Özbəkistanın tanınmış ədəbiyyatşünas alimləri Mamatqul Hazratqulov, İslom Yoqubov, Abdulla Uluqov, Azərbaycan alimləri Paşa Kərimov, Akif Azalp, Ümid Mirzəyev və s. ədəbiyyat nümayəndələrinin müsahibələri verilişdə yer alıb.

31.08.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası