Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

    122
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı
anma mərasimi keçirilib.


Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anma mərasimi keçirib.

Əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin bu mərkəzin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyublar.

Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olanların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Səfir Hüseyn Quliyev deyib ki, 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq və qürur səhifəsidir və tarixdə belə də qalacaq. Diplomat bildirib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gedib, burada keçirdiyi mətbuat konfransında Bakıda törədilən cinayətlərə görə məsuliyyəti Mixail Qorbaçov başda olmaqla Sov. İKP MK Siyasi Bürosunun üzərinə qoyub. Səfir bildirib ki, xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində 20 Yanvar faciəsinə siyasi qiymət verilib.

Sonra mərasim iştirakçıları mərkəzin foyesində 20 Yanvar faciəsindən bəhs edən kitab və plakatlardan ibarət sərgiyə baxıblar.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, sovet ordusunun hissələri o gecə bir xəbərdarlıq edilmədən Bakı şəhərinə daxil olub, dinc əhali döyüş maşınları, tank, pulemyot, avtomat və digər silahlardan atəşə tutulub, nəticədə 147 nəfər qətlə yetirilib, çox sayda insan yaralanıb. Qətlə yetirilənlər arasında rus, yəhudi, tatar, ləzgi və digər xalqların nümayəndələri də olub.

Diasporumuzun üzvü İsmayıl Məmmədov və başqaları imperiya qoşunlarının Bakıda törətdikləri qanlı qırğınların təşkilatçılarını və icraçılarını lənətləyiblər.

20.01.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası