Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Ədiblər xiyabanında “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli filmin təqdimatı keçirilib.


Daşkəndin mərkəzindəki “Ədiblər xiyabanı”nda “Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistanın “First Art Media” şirkətinin özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadə haqqında çəkdiyi “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli filmin təqdimatı keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak edib.

Təqdimatı Daşkənd Nəqliyyat Universitetinin rektoru Adil Əbdürrəhmanov açaraq Maqsud Şeyxzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib. Özbək ədəbiyyatının azərbaycanlı məşhur dramaturqu Maqsud Şeyxzadənin Özbək ədəbiyyatı tarixində müstəsna xidmətlərindən danışıb.

Akademik, şairin tədqiqatçısı Naim Kərimov M.Şeyxzadənin dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin tədqiqatçısı olduğunu qeyd edib. O, ədibin dram əsərlərini Şekspirin “Hamlet”, “Otello”, “Kral Lir” əsərləri ilə müqayisə edib və onun “Mirzə Uluğbəy”, “Cəlaləddin Manguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib. Təsadüfi deyil ki, böyük özbək şairi Şükrulla Maqsud Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında əbədi dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini bildirib. O deyib ki, M.Şeyxzadə özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyub. Diplomat 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunduğunu, Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd edildiyini söyləyərək, bu cür əhəmiyyətli ildə Maqsud Şeyxzadə haqqında filmin təqdim edilməsinin böyük simvolik məna daşıdığını vurğulayıb.

S.Abbasov Maqsud Şeyxzadə haqqında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən sitat gətirib: “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.

“Özbəkkino” Milli Agentliyi baş direktorunun birinci müavini Şuxrat Rizayev 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə abidələri “Ədiblər Xiyabanı”nda ucaldılan tanınmış klassik şair və yazıçılar haqqında sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərinin yenidən nəşri həyata keçirilir. Maqsud Şeyxzadə də onlardan biridir. O, Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən “Böyük xidmətləri üçün” ordeni və digər mükafatlarla təltif olunduğunu qeyd edib.

Daha sonra Maqsud Şeyxzadə adına təsis olunmuş mükafatlar qaliblərə təqdim olunmuş, Daşkənddəki müxtəlif ali məktəblərin əlaçı tələbələri xüsusi diplomlara və pul mükafatlarına layiq görülüblər.

Sonda sənədli kino əsərinin yaradıcıları filmin çəkilişləri ilə bağlı öz təəssüratlarını bölüşmüş, “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli film nümayiş olunmuş, tamaşaçıların razılığı və çoxsaylı alqışları ilə qarşılanmışdır.

Qeyd edək ki, Özbəkistanın “First Art Media” şirkəti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, doğulduğu Ağdaş rayonunda aparılıb.

09.09.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası