Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
  • bg19
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirilib.


Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə birgə Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirib.

Mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər və tələbələr iştirak edib.

Özbəkistanın Dövlət Müstəqilliyinə həsr olunmuş Mərkəzin foyesində kitab, foto, rəsm sərgisi təqdim edilmişdir.

Özbəkistanın və Azərbaycanın Dövlət himnləri səsləndikdən sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müstəqillik günü münasibəti ilə salona toplaşanları təbrik edib, müstəqillik illərində Özbəkistanın qazandığı böyük uğurlardan danışıb.

S. Abbasov deyib ki, özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Özbək xalqının misilsiz musiqisi, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdur. Özbək xalqı dünyaya İbn Sina, Biruni, Xoca Əhməd Yasəvi, Əlişir Nəvai, Mirzə Uluqbəy, Babur və bir çox böyük alim və filosof bəxş edib.

O, Azərbaycan-Özbəkistan dostluğu haqqında danışaraq Dövlət başçılarımızın qarşılıqlı səfərləri, əməkdaşlığın strateji partnyorluq səviyyəsində yüksəlməsi əldə olunan nailiyyətlər haqqında məruzə edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov müstəqillik illərində elm və təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb, Cəmiyyətin xətti ilə keçirilən və keçiriləcək tədbirlər haqqında məlumat verib.

Professor Niqina Şermuxammedova və dosent Gülbahar Aşurova Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrinin tarixindən danışıblar.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri Azərbaycan-Özbəkistan Dostluğuna dair şeirlər səsləndiriblər.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin Özbəkistan və Azərbaycandan olan aktiv üzvlərinə - Azərbaycanlı Nəvaişunas alimlər Ramiz Əsgər, Kərimulla Məmmədzadə, Əkbər Qoşalı Cəmiyyətinin fəxri diplomu, habelə bir sıra fəalar isə fəxri fərmanla təltif olunmuşdular.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan, Özbəkistanın Xalq artisti Ramiz Usmanovun ifasında “Dostluq mədhi” klipinin təqdimatı olub. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

13.09.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası