Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Dostluğun mədhi” adlı musiqi klipi təqdim olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin müstəqilliyinin 30 ili münasibəti ilə musiqi klipi ictimaiyyətə təqdim olunub.
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş "Dostluğun mədhi" adlı musiqi klipinin ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, sözləri Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın xalq artisti Ramiz Usmanovdur. Klipdə Özbəkistan Dövlət Uşaq Xor Kapellasının üzvləri iştirak ediblər.
Klip 9 sentyabr tarixində Daşkənd şəhərində “Ədiblər xiyabanında” və 11 sentyabr tarixində isə Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim edilib.